Nida Xəbər
Ermənilər mayın 31-də təxribata hazırlaşır - Deputat
Mayın 31-də ermənilər Şuşada növbəti təxribata hazırlaşır. Onlar keçirdikləri saxta seçkilərin saxta inaqurasiyasını təşkil etmək niyyətindədir. Sözsüz ki, bu hallar bizim hər birimizi, ictimaiyyəti narahat edir.
Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı millət vəkili Azay Quliyev deyib.
Deputat əlavə edib ki, bəzi qrupların, ələlxüsus xaricdə oturub əsassız yerə Azərbaycanı, dövləti tənqid edən şəxslərin fəaliyyətində sui-istifadə hallarına rast gəlinir: “Ermənilər niyə bu “tədbir”i Şuşada təşkil edirlər? Çünki martın 31-də keçirdikləri “seçkilər” fiaskoya uğradı. Bütün beynəlxalq qurumlar, aparıcı ölkələr bu “seçkiləri” qeyri-legitim adlandırdı, bunun heç bir hüquqi nəticə yaratmadığını elan etdi. Məhz bu reaksiyalar göstərdi ki, dünya Ermənistanın apardığı işğalçı siyasətə "yox" deyir. Əlbəttə, bu, Azərbaycan diplomatiyasının uğuru olmaqla yanaşı, cənab prezidentin apardığı işin nəticəsi idi”.
Deputat söyləyib ki, daha çox işləməli, ordunu gücləndirməyə davam etməliyik: “Bu gün Azərbaycan Ordusunun başlatdığı təlimlər ermənilərə ən ciddi cavabdır”.
-
Magazin213:00Sinəsinə lağ edənlərə cavab verdi: Güzgüdə özünüzə baxın! - Foto
-
Ekologiya12:43Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Ekologiya12:26Qar Quba və Qusarda möhtəşəm mənzərələr yaratdı - Fotolar
-
Maraq dünyası10:47Ayı ilə əlbəyaxa olan çoban möcüzəvi şəkildə sağ qaldı
-
Hadisə10:31Abşeronda binada partlayış oldu: Xəsarət alan var - VİDEO
-
Sağlamlıq08:00Göbələklərin gözlənilməz təhlükəsi üzə çıxdı
-
Ekologiya07:17Bu ərazilərə qar yağacaq - HAVA PROQNOZU
-
İdman06:46“Beşiktaş”ın nə qədər borcu var? - Məbləğ açıqlandı








.jpg)


























.jpg)
