Nida Xəbər
Onlar məktəbli olduğu zaman narkotikdən istifadəyə cəlb edilən şəxslərdir - Deputat
Biz bu məruzəni kafi qiymətləndirə bilərik. Doğrudan da insan alverinə qarşı mübarizə istiqamətində ciddi işlər görülür. Mən sadəcə olaraq bir neçə məsələni hörmətli Seyfulla müəllimin nəzərinə çatdırmaq istərdim.
Publika.az xəbər verir ki, bu fikirləri deputat Qüdrət Həsənquliyev Milli Məclisdə insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatı haqqında danışarkən deyib.
Q. Həsənquliyev bildirib ki, Daxili İşlər naziri hörmətli Vilayət Eyvazov nazir müavini olduğu zaman ona telefon açaraq bildirib ki, məktəblərin ətrafında şagirdlərə sulu qəlyan çəkilməsinə şərait yaradılır:
“Bundan sonra həqiqətən də məsələyə ciddi yanaşıldı, reydlər keçirildi. Sonradan mətbuatda oxudum ki, çoxlu sayda kafe sahibləri qanunvericiliyə uyğun olaraq cəzalandırılıb”.
Deputat əlavə edib ki, uzun müddətdir məsələ qaldırır ki, Reklam haqqında qanun pozulur, məktəblərin ətrafında tütün məmulatları satılır: “Bununla bağlı Baş prokurora, Dövlət Reklam Agentliyinə sorğular göndərdim. İndi də məsələni Daxili İşlər Nazirliyi qarşısında qaldırıram. Siz də küçələrdən keçərkən görürsünüz ki, köşklərdə şüşə arxasında rahat formada tütün məmulatları satılır. Siz deyə bilərsiniz ki, bu məsələnin insan alverinə qarşı mübarizəyə nə aidiyyəti var. Fikrimcə, birbaşa əlaqəlidir. Siz, cinsi istismara məruz qalan qızların həyatına diqqət etsəniz görərsiniz ki, onlar məktəbli olduğu zaman siqaret çəkməyə, narkotikdən istifadəyə cəlb edilən şəxslərdir. Seyfulla müəllim, bu cinayətlərin profilaktikasından danışdı. Həqiqətən bu istiqamətdə böyük işlər görülür. Amma ən mühüm işlərdən biri budur. Hazırda korrupsiyaya qarşı ciddi mübarizə aparılır. Amma çalışmalıyıq elə görüntü yaranmamalıdır ki, məsləhət bilindiyi halda qanunları tətbiq edirik. Başqa vaxt isə tətbiq etmirik. Dəfələrlə mən, Qənirə xanım, digər həmkarlarım burada məsələ qaldırmışıq ki, məktəblərin yanında tütün məmulatları satılır. Amma bu istiqamətdə heç bir tədbir görülmür. Çox istərdim ki, özünüzün tədbir gömək imkanınız olmasa da, bu məsələni cənab Prezidentə, hörmətli Mehriban xanıma çatdırasınız, bəlkə onlar bu istiqamətdə tapşırıqlar verər”.
Qüdrət Həsənquliyev daha sonra bildirib ki, cari məsələlərin müzakirəsi zamanı çıxışa yazılmağı çatdırmadığı üçün bir vacib məsələni qaldırmaq niyyətindədir: “Mən güc strukturlarının birgə fəaliyyət göstərdiyini bilirəm və ona görə də bu məqama toxunuram. Bilirik ki, hazırda Müdafiə Nazirliyi tərəfindən bütün qoşun birləşmələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Və bu Ermənistanda ciddi həyəcan yaradıb. Amma bundan əvvəlki təlimlər zamanı da biz gördük ki, təlimlər haqqında mətbuata yalnız o görüntülər verilir ki, hərbi avtomobillər, texnika sıra ilə hərəkət edir. Ancaq biz onsuz da, həmin texnikanın sıra ilə hərəkət etməsini cənab Prezidentin iştirakı ilə paradlarda görürük. Bizə lazımdır ki, müasir texnikadan bizim zabitlərin necə istifadə etdiyinin, hədəflərin peşəkarcasına vurulmasının görüntüsü yaradılsın. Bunun ermənilərə təsiri daha geniş ola bilər. Hesab edirəm ki, bu fikirlərim nəzərə alınacaq”.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO