Fransanın “Causeur” portalında nasist Njde haqqında məqalə dərc olundu
Bizi izləyin

Nida Xəbər

Fransanın “Causeur” portalında nasist Njde haqqında məqalə dərc olundu

Erməni məsələsi fəalı Qaregin Njdenin iki dünya müharibəsi arasında götürdüyü sürüşkən yol onu nasistlərlə işbirliyinə apardı. Nasistlərlə işbirliyi onun Ermənistanda məşhur qəhrəman olmasına mane olmur.

Bu fikirlər Fransanın “Causeur” qəzetində dərc olunmuş “Erməni milli qəhrəmanının dərdli keçmişi, II Dünya müharibəsi, Qafqaz yaddaşı” adlı məqalədə yazılıb.

Məqalədə ermənilərin milli qəhrəman adlandıraraq, abidə ucaltdıqları nasist Njdenin faşistlərlə işbirliyindən bəhs olunur. Eyni zamanda, Tesqakronizm təlimi və ambisiyalarından söz açılaraq, onun mənfur xisləti göstərilib. Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasının bu gün anklav vəziyyətində olması məhz nasist Njdenin millətçi cəhdlərinin nəticəsidir. O, ambisiyasına çatmaq üçün ikiüzlü siyasət yürüdüb.

Müəllif Azərbaycanın tarixi torpağı olan Zəngəzur bölgəsinin Ermənistana birləşdirilməsindən, 1942-ci ildə erməni əsilli sovet hərbi əsirlərindən ibarət “Wehrmacht” erməni legionu yaradılmasından, Alman Kəşfiyyat Arxivinin Njdehin alman ordusu ilə əsl erməni millətini tanımaq ümidi ilə işbirliyi etdiyini təsdiqlənməsindən bəhs olunur.

Məqalənin tam mətni təqdim edilir.

Artıq bir müddətdir ki, İkinci Dünya müharibəsinin başa çatmasının qeyd olunmasına SSRİ-nin süqutu və soyuq müharibənin sonu haqqında fikir də əlavə edilir. Bu modifikasiyanın gözəçarpan ifadəsi, özəyi 8 may - kapitulyasiyanın imzalanma günü olan müharibə yaddaşında qələbəni qeyd etmək üçün Stalinin seçdiyi 9 May tarixidir. Ukrayna böhranı və Suriyadakı müharibə səngiməmiş Vladimir Putin Qərb müttəfiqlərinin Normandiyaya çıxışına həsr edilmiş tədbirlərə dəvət edildi.

Buna cavab olaraq, Qərb dövlət başçıları 9 May Qırmızı Meydanda keçiriləcək nümayişə dəvət olundular. Qlobal sanitar böhran olmasa idi, mayın 9-da Prezident Emmanüel Makron rus həmkarı ilə şərəf tribunasından 1941-1945-ci illərdə həlak olmuş vaildeynlərinin şəkilləri ilə nümayiş edəcək rus vətəndaşlarını izləyəcək idi.

İkinci Dünya müharibəsinin sona çatmasını, eləcə də Müttəfiqlərin hitlerizm, nasizm və faşizm üzərində qələbəsinin qeyd edilməsi çoxsaylı əsərlərin işıq üzü görməsinə, tarixçilər aləmində ziddiyyətli fikirlərə və mübahisələrə səbəb olur. Müharibənin bitməsindən 75 il ötsə də, acınacaqlı müharibə dövrünə dair minlərlə tədqiqat işləri aparılmasına baxmayaraq, tarixi gərginlik hələ də səngimir. Söhbət Qaregin Njdedən və onun İkinci Dünya müharibəsində mürəkkəb və dəyişkən yeri ilə bağlı mübahisələrdən gedir.

Njde çağdaş Ermənistanın qurucularından biridir və ölkəsində mübahisəli bir şəxsdir. 2016-cı ildə Ermənistanın paytaxtı İrəvanda onun xatirəsinə abidə ucaldılması siyasi mövzuya çevrilib. Müxalifət onun siyasi xatirəsinə mənfi prizmadan baxır. Bu müxalifət, baş nazir Nikol Paşinyanın onun xeyrinə müdaxilə edəcəyinə ümid edirdi. Ancaq yəqin ki, baş nazirin digər işləri var, xüsusilə də ki, Njde Ermənistanda populyardır.

Njde Qaregin Ter-Harutunyan adı ilə bu gün iki ölkə arasında anklav olan Azərbaycanın Naxçıvan regionunda anadan olub. Naxçıvanın Azərbaycandan ayrılması da onun mənfur əməllərinin nəticələrindəndir.

Erməni milli məsələsinin keşiyində duran və Osmanlı imperiyasının düşməni olan gənc Njde “düşmənimin düşməni mənim dostumdur” atalar sözünü özünə deviz götürür. Məhz bu səbəbdən də o, Birinci Dünya müharibəsi dövrünü Ermənistanı türk hökmranlığından azad etmək üçün geostrateji fürsət kimi görür. Türk cəbhəsindəki rus ordusunun erməni birləşmələrinin başçılarından biri kimi döyüşdə taktikaçı və qeyri-adi lider kimi fərqlənir. 1917-ci il Oktyabr inqilabı, Qafqaz ordusunun geri çəkilməsindən sonra Njde 1918-ci il may ayının sonlarında, demək olar ki, Gürcüstan və Azərbaycanla eyni vaxtda qurulmuş Ermənistan Respublikasının müdafiəsində əsas rol oynayır. Cənub cəbhəsinin başçısı olaraq Ermənistana Naxçıvanı Dağlıq Qarabağdan və Azərbaycandan ayıran Zəngəzuru ələ keçirməyə imkan yaradan şəxs oldu.

Bundan sonra Njde əvvəlcə Balkanlarda, sonra ABŞ-da və nəhayət, erməni siyasi hərəkatı təşkil etdiyi Bolqarıstanda sığınacaq tapır.

Ancaq əsl ideologiya yaratmaq haqqında siyasi və fəlsəfi düşüncələri Bostonda qətiləşir. 1920-1930-cu illərdə o, “böyük erməni millətinin bioloji və mənəvi mahiyyəti” kimi irqi görüşlərə söykənən millətçi fikirləri ilə tanındı. Bu fikirlər o dövrdə çox dəbdə olan “erməni köklərini qorumaq üçün bütün ermənilərin dini birliyi” anlayışı ilə tamamlandı. O, erməni dəyərlərinə, vətənə, erməni torpağına və əcdadlarına səcdə etməyi, qan dininin izahını verərək, erməni qanının saflığından danışır. Onun düşüncəsi qəbilənin, millətin, irqin dini mənasını əks etdirən “Tsegakronism” terminində sintez edilibr. 1933-cü ildə ABŞ-da Ermənistan Gənclər Federasiyasına çevrilən gənclər hərəkatını ilhamlandıran ideyaları kağız üzərində qalmır.

Ermənistanın müstəqilliyi üçün bütün müttəfiqliklərə hazır olan bu şəxsin erməni xalqına dair xüsusi görüşləri Almaniya ilə yaxınlaşmağa imkan verdi və həmin vaxt o tək deyildi, Henri Ford, Eduard VIII və Çarlz Lindberq də bu yolu tutmuşdular. 1934-cü ildə nasistlərin lideri və milli sosializm nəzəriyyəçisi Rozenberq ermənilərin antropologiyası və tarixini öyrənmək üçün bir komitə yaratdı. Bu komitə eyni irqin Almaniyada və Ermənistanda mövcud olduğu qənaətinə gəlir. 1941-ci ilin iyununda Almaniya SSRİ-yə hücum edəndə Njde inanırdı ki, 1914 və 1917-ci illərdə olduğu kimi, tarix və taleyi də onu bir daha millətinin yanına çağırır. SSRİ-nin düşməni onun dostu olur.

1942-ci ildə alman hökumətinin rəhbərliyi altında Avropa ermənilərini təmsil edən bir erməni milli komitəsi yaradılır. Njde bu məhdud komitənin üzvü olur. “Müstəqil Ermənistan” qəzetinin baş redaktorunun müavini olur. Reyxin Sovet İttifaqı üzərində qələbəsinin “böyük Ermənistan” xəyallarının reallaşmasına imkan verəcəyinə ümid edir. 1942-ci ildə erməni əsilli sovet hərbi əsirlərindən ibarət “Wehrmacht” erməni legionu yaradıldı. Bu döyüşçülərə Qafqazda, SSRİ-nin qərb cəbhəsində, Krımda və hətta Fransada rast gəlinir. Üçüncü Reyx ilə bu bərabərləşdirməyə qarşı olan erməni müxalifəti ortadan qaldırılır.

1944-cü ildə zərin atıldığını və uduzduğunu anlayan Njde, son dönüşdə Stalinə qoşunlarının müsəlman Türkiyəsinə qarşı hərəkət etməsini təklif etməyə çalışdı. Sovetlər onu bu barədə danışığa dəvət edir və həbs edirlər. 25 il həbs cəzasına məhkum olunan Njde 1955-ci ildə 69 yaşında vəfat etdiyi Vladimir həbsxanasında müharibə cinayətlərinə görə həbsdə qalır.

Alman Kəşfiyyat Arxivi, Njdenin alman ordusu ilə əsl erməni millətini tanımaq ümidi ilə işbirliyi etdiyini təsdiqləyir.

Sovetlər nazir Kruqlovun və o dövrün arxivlərini araşdıran tarixçilər “Üçüncü Reyxlə hərbi və iqtisadi kəşfiyyat” və “Holokost qurbanlarının əmlakının oğurlanması” mövzusundan danışırlar.

Beləliklə, “böyük Ermənistan” ambisiyası ilə yanan Njde zamanla sürüşkən siyasi strategiyaya başlayır.

XX əsrin ikinci rübünün siyasi üsyanları kontekstində, erməni müstəqilliyi uğrunda fəal vəhşi anti-türk davranışı ilə keçilməz xətti bir anda keçir.

Bəzi fransız əməkdaşları kimi, o, düşmənlərimizin bəzi düşmənlərinin dostumuz ola bilməyəcəyini başa düşmədi.(Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm