Nida Xəbər
MŞ-nın “cinsi azlıq” qalmaqalı “Yerusəlim Post”da
Nüfuzlu “Yerusəlim Post” qəzetində Milli Şura rəhbərliyinin mediada yayılan müzakirəsində cinsi azlıqlarla bağlı səsləndirdiyi fikirlərlə bağlı məqalə dərc olunub.
Axar.az “Zum müzakirəsi Azərbaycan müxalif siyasətçilərinin homofobiyasını ortaya qoydu” başlıqlı sözügedən məqaləni təqdim edir:
“Mako” nəşrinin məlumatına görə, Azərbaycanın müxalifət partiyalarının təmsil olunduğu Demokratik Qüvvələrin Milli Şurasının rəhbərləri arasındakı zum tətbiqi vasitəsilə baş tutan danışıqlar seriyası zamanı qrup daxilində güclü homofob əhval-ruhiyyənin olduğu məlum olub.
Mayın 13-dən 17-dək baş tutan və mediaya sızan dörd videoda keçmiş millət vəkili və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli ilə LBGT hüquqları mövzusuna yönəlmiş söhbətlər aparılır və söhbət zamanı qeyd edilir ki, “Qərb üçün bir nömrəli prioritet cinsi azlıqların, üzdəniraqların hüquqlarıdır”. Daha sonra söhbətin mövzusu əvvəllər Hacıbəylini tənqid edən, açıq şəkildə özünü homoseksual adlandıran azərbaycanlı jurnalist İsmayıl Cəlilova yönəlir. Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurasının üzvü Rafiq Manaflı İsmayıl Cəlilovu “kişi fahişəsi” adlandırır və deyir: “Çox heyf ki, Hitler öz dövründə bütün geyləri məhv etməyib”.
Milli Şuranın daha bir üzvü Qənimət Zahid hətta arxa planda qeyd edir ki, “yığıncağımız canlı keçir, diqqətli olun”.
Məlumata görə, bu sızıntı Azərbaycan siyasətində qalmaqala səbəb olub. Buna cavab olaraq Milli Şuranın sədri Cəmil Həsənli bu hadisəylə bağlı Azərbaycan hökumətini və təhlükəsizlik xidmətlərini günahlandıraraq, bunu “kiber cinayət” adlandırıb.
Hacıbəyli “BBC Azərbaycan” kanalına bu barədə danışarkən, burada danışıq dilinin “sərt” və “kobud” olmasının mümkünlüyünü, yalnız müəyyən bir şəxs haqqında danışdığını və “cinsi azlıqlar haqqında” danışmadığını açıqlayıb.
“Bununla bağlı üzr istəmişəm. Azərbaycanda olan cinsi azlıqlar və LGTB üzvləri bu sözləri özlərinə götürməsinlər”, - o deyib.
R.Manaflı isə “LGBT nümayəndələrinin bunu nümayişkaranə şəkildə təbliğ etməsini qəbul edə bilmərəm” deyərək, işlətdiyi ifadələrə görə üzr istəməyib. Bununla belə, LGBT nümayəndələrinin məhv edilməsinə dair sözlərindən təəssüflənərək, həmin sözlərinin “uğursuz və yersiz” olduğunu bildirib.
-
Nida Xəbər 20:00Azərbaycanda gömrük rüsumları ilə bağlı yeni qərar qüvvəyə mindi
-
Kriminal19:00Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanıldı - Foto
-
Hadisə18:50257 nömrəli məktəbdə nə baş verib? - Polis araşdırır
-
Nida Təhlil 17:54Azərbaycana qarşı kampaniya: Planlı və koordinasiyalı mexanizm
-
Sosial17:31Buraxılış imtahanının nəticələri elan olundu
-
Sosial17:03Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTO
-
Sosial14:51Partlayışda yaralanan həkim dünyasını dəyişib?
-
Qarabağ 14:42Diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialında oldu


























.png)

.jpg)






