Nida Xəbər
BMTM ekspertinin Ermənistanın demokratiya yalanlarına dair məqaləsi beynəlxalq portalda
ABŞ-ın “Foreign Policy News” portalında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovun müəllifi olduğu “Demokratiya Ermənistanın xarici siyasət hekayələrinin yeni, amma yanlış sütunu kimi” adlı məqaləsi yayımlanıb.
Məqalədə 2018-ci ildə hökumət dəyişikliyindən sonra Ermənistanın daxili və xarici siyasətinin idarə edilməsində bir sıra yeniliklərin olduğu vurğulanır. Müəllif qeyd edir ki, Ermənistanın xarici siyasətində baş verən əsas dəyişikliklərdən biri özünü demokratik ölkə kimi təqdim edərək beynəlxalq təşkilatlardan və dövlətlərdən dəstək cəlb etmək şəklində büruzə verir. Ermənistanın yeni rəhbərliyi çalışır ki, ölkədə həqiqətən demokratik quruculuq prosesinin getdiyinə beynəlxalq ictimaiyyəti inandırsın və bu digər dövlətlərin Ermənistana münasibətinə təsir etsin. “İşğalçı dövlət daha da irəli gedərək Azərbaycanın işğal edilmiş torpaqlarında qurulmuş qondarma rejimi də demokratik cəmiyyət kimi təqdim edərək, bu yolla Azərbaycana hansısa təzyiq göstərəcəklərini düşünürlər”,- deyə müəllif qeyd edir.
V.Hüseynov bildirir ki, bu yanaşma həm fundamental, həm də praktik olaraq problemlidir və müşahidəçilər tərəfindən heç də inandırıcı qəbul edilmir. Müəllif ilk növbədə vurğulayır ki, qonşu dövlətin 20 faiz torpağını işğal edərək orda yaşayan əhalini öz evlərindən didərgin salmış və beynəlxalq səviyyədə qəbul edilmiş qətnamə və sənədlərə rəğmən bunu davam etdirən bir ölkənin demokratiyadan bəhs etməyə haqqı çatmır.
V.Hüseynov özünün də Kəlbəcərdən didərgin düşmüş məcburi köçkün ailəsindən olduğunu əlavə edərək bildirir ki, o, 1993-cü ildə dörd yaşında olanda ailəsi Kiçik Qafqazın şaxtalı dağlarından keçərək erməni hərbi qüvvələrindən amansız hücumundan canlarını qurtarmaq məcburiyyətində qalıb: “Mən və mənim ailəm kimi minlərlə insanın öz dədə-baba torpaqlarında yaşamaq hüququnun pozulduğu bir şəraitdə erməni rəhbərləri hansı üzlə demokratiyadan və liberal standardlardan danışırlar?”
Məqalədə eyni zamanda Ermənistanın yeni rəhbərliyinin sağçı populist ritorikadan istifadə edərək insanlara aqressiv millətçilik ruhu aşıladığını və onları işğal edilmiş torpaqlara mənən daha güclü bağlamağa çalışdığını qeyd edilir: “Keçən il “Qarabağ Ermənistandır, nöqtə” kimi sərsəm bəyanat səsləndirən Baş Nazir Nikol Paşinyan daha sonra bəyan edir ki, onun qurduğu demokratik dövlət münaqişənin həlli üçün daha səmərəli mövqedə olacaq. Dünya ictimaiyyəti Ermənistanın bu yalanlarına inanmamalı və işğal edilmiş torpaqları azad etməsi üçün ona təzyiq göstərməlidir”.
-
ABŞ02:00ABŞ SEPAH-ın mənzil-qərargahını belə məhv etdi - Video
-
Qoroskop01:40Günün ulduz falı: tələsik qərarlar verməyin!
-
Dünya00:55Bu gecə dünya onların sonuna şahid olacaq - İranın yeni Ali liderindən mesaj
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik
-
İdman1 Mart 21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ1 Mart 20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə
-
ABŞ1 Mart 20:24ABŞ İrana qarşı əməliyyatda bu təyyarədən istifadə edib




























.jpg)
.jpg)




