Nida Xəbər
Samir Şərifov deputatın "qotur dana" sözlərinə CAVAB VERDİ: Hər şey ortadadır
Milli Məclisdə büdcənin icrasının müzakirəsi zamanı səsləndirilən bütün məsələlərin qeydiyyatı aparılıb.
Publika.az xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
S.Şərifov bildirib ki, burada səsləndirilən fikrilər sistemləşdirilərək müvafiq orqanlara təqdim olunacaq: “Nəticəsi barədə isə Milli Məclisə məlumat veriləcək”.
Nazir həmçinin deputat Qüdrət Həsənquliyevin səsləndirdiyi fikirlərlərlə razılaşmadığını deyib: “Ola bilsin ki, Qüdət Həsənquliyev bu işi dərindən araşdırmayıb, məlumat almayıb. Qənaət məsələsində hər şey açıqdır. Ən böyük qənaət sosial təlabatdan formalaşıb. Amma bu məsələnin də səbəbi var. Yığımların artması şəffaflığın yaranması ilə bağlıdır”.
Qeyd edək ki, Qüdrət Həsənquliyev çıxışında büdcə qənaətinin kasıblardan kəsildiyini bildirmişdi: “Kasıb insanların pulunu kəsib qənaət etmək, onları dövlətdən narazı salmaq olmaz. Qənaəti o qotur danaları bazar qiymətindən baha alıb kasıba yardım kimi verən nazirlərdən etmək lazımdır. O danaları qardaşının şirkəti vasitəsilə alırdı. Büdcədən ayrılan pulları xərcləmək lazımdır. Varlının pulu, kasıbın canı gedir. Bu cür yanaşma doğru deyil”.
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art11 Oktyabr 20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
-
Dünya11 Oktyabr 20:18Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı
-
Dünya11 Oktyabr 19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
-
Nida Xəbər 11 Oktyabr 17:33Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi
-
Hadisə11 Oktyabr 16:09Əməkdar jurnalist vəfat etdi - Foto
-
Avropa11 Oktyabr 15:31Britaniyadan Zelenskiyə açıq dəstək - Nazir Trampın sirrini yaydı
-
Avropa11 Oktyabr 15:04Papanın ağciyərində düyün aşkarlandı - Əməliyyat olunacaq










.jpg)




.jpg)


.jpg)















.jpg)

