Nida Xəbər
"Mənə dedilər ki, işlər sürətləndirilib" - Millət vəkili ŞAD XƏBƏR verdi
“Yayın quraq keçməsi, suvarma mövsümünün başlanması Kürün suyunu azaldıb”.
Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Sabir Rüstəmxanlı sosial media hesabında qeyd edib.

“Ömrüm boyu Kürün üstündən yüz dəfələrlə keçmişəm, ancaq onu heç vaxt indiki kimi səssiz və çarəsiz görməmişəm. Yatağının bir tərəfinə çəkilib, dibinin cadar-cadar torpağı üzə çıxıb. Bir yandan da Kür deltasının yanlış istiqamətdə dərinləşdirilməsi və güclü xəzri Xəzərin suyunu tərsinə Kürə axıdıb, şor su çay yuxarı qalxıb, 20-30 km-lik məsafədə çayın suyunu tam yararsız vəziyyətə salıb”, - deputat Kürünhazırkı ekoloji vəziyyəti ilə bağlı bildirib.
Onun sözlərinə görə, neçə müddətdir ki, Neftçala camaatı su deyıb haray çəkir: “Rayon rəhbərliyinin və bir millət vəkili kimi mənim dincliyimiz yoxdur. Prezident Administrasiyası və əlaqədar qurumlar vəziyyəti nizamlamaq üçün səylərini əsirgəmirlər. Lakin həyatı suya bağlı olan bir kənd təsərrüfatı rayonu üçün Kürün yerini doldurmaq çətindir. Maşınlarla yalnız evlərə içməli su daşına bilir, heyvan-qara, əkin sahələri bu yolla suvarıla bilməz. Bizim yazılarımızdan, Milli Məclisdəki çıxışımızdan, rayondan gələn həyəcanlı xəbərlərdən sonra bir dəfə Mingəçevirdən gələn su artırıldı, suyun şorluğu azaldı, lakin sonra Xəzər yenə güc gəldi”.
S.Rüstəmxanlı qeyd edib ki, son günlərdə Kür boyu fəaliyyət göstərən bəzi nasosların işinin dayandırılması nəticəsində Kürün səviyyəsi yüksəlməyə başlayıb: “Lakin bu mövsümdə nasosları uzun müddət dayandırmaq olmaz. Bu gərginlik Neftçala şəhərinin içməli su problemini də gündəmə gətirdi. Məlumat üçün deyim ki, bu məqsədlə Azərbaycan Prezidentinin ötən ilin 11 və 30 dekabr tarıxli sərəncamları ilə lazımi vəsait ayrılmışdır. "Azərsu" Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynovun verdiyi məlumatdan aydın olur ki, indi Neftçalaya içməli su kəmərinin çəkilişi xeyli sürətlənmişdir və bu iş iki ay ərzində tamamlanacaqdır. Görək bu iki ayı necə yaşayacağıq..."
Qeyd edək ki, Kür çayının su səviyyəsinin enməsi həm də Türkiyədən qaynaqlanır. Belə ki, çay üzərində su anbarının tikilməsi son nəticədə çayın mənsəbinə doğru qurumaya səbəb olub.

Zümrüd
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art11 Oktyabr 20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
-
Dünya11 Oktyabr 20:18Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı
-
Dünya11 Oktyabr 19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
-
Nida Xəbər 11 Oktyabr 17:33Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi
-
Hadisə11 Oktyabr 16:09Əməkdar jurnalist vəfat etdi - Foto
-
Avropa11 Oktyabr 15:31Britaniyadan Zelenskiyə açıq dəstək - Nazir Trampın sirrini yaydı
-
Avropa11 Oktyabr 15:04Papanın ağciyərində düyün aşkarlandı - Əməliyyat olunacaq










.jpg)



.jpg)


.jpg)
















.jpg)

