Nida Xəbər
Ədalət Vəliyevlə Fazil Mustafa arasında görüş keçirildi
"Bu gün Prezident Adminstrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri cənab Ədalət Vəliyevlə siyasi partiyalarla dialoq formatında təkbətək gürüşümüz oldu. Ə. Vəliyev ilk öncə 15 iyul 2020-ci ildə keçiriləcək Böyük Quruluş Partiyasının VI Qurultayı münasibəti ilə bütün partiya üzvlərinə təbriklərini çatdırdı".
Publika.az xəbər verir ki, bu barədə partiya sədri, millət vəkili Fazil Mustafa bildirib.
O qeyd edib ki, görüşdə ölkə prezidentinin siyasi partiyalaiın inkişafı, siyasi münasibətlərin daha sağlam zəmində formalaşması istiqamətində tapşırıqlarına uyğun olaraq hər bir partiya ilə münasibətlərin açıq, şəffaf və demokratik prinsiplərə uyğun qurulmasının vacibliyinə diqqət yetirilib: "Partiyamıızın ölkənin ictimai-siyasi həyatında və Milli Məclis müstəvisində fəaliyyətinin konstruktiv müxalifətçiliyə əsaslandığını, sağlam tənqid və təkliflərimizin Azərbaycan hakimiyyəti tərəfindən diqqətə alındığını xüsusi olaraq qeyd etdi. Biz də qarşılıqlı olaraq ölkədə başlanan diaolq prosesində ən fəal rol alacağımızı bildirərək, son vaxtlar sağlamlaşan iqtidar-müxalifət münasibətlərinin dövlətçiliyimiz üçün vacib olduğunu vurğuladıq. Son vaxtlar yeni siyasi partiyaların qeydə alınmasının ölkədə siyasi plüralizmin inkişafına töfhə verəcəyini qeyd edərək bu cür hüquqi maneələrin ortadan qaldırılmasının qarşılıqlı etimadın güclənməsinə təkan verəcəyini ifadə etdik. Görüşdə Ermənistanın torpaqlarımızı işğalı və Dağlıq Qarabağ məsələsində BQP-nin mövqeyi ilə bağlı da müzakirələr apardıq. Ə.Vəliyev bu cür müzakirələrin bütün siyasi partiyalarla aparıldığını və qalıcı bir proses olacağını bir daha bildirdi. Bizim də BQP olaraq dövlətçiliyimizin maraqlarının təmin olunması üçün bir müxalifət partiyası olaraq üzərimizə düşən vəzifəni hər zaman həssaslıqla yerinə yetirəcəyimizi qeyd etdim.
Görüş olduqca səmərəli keçdi və xeyli məsələlər ətrafında faydalı müzakirələr oldu".
-
Sosial07:35Toy mövsümü bu tarixdən başlayır
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi








.jpg)





.png)












.jpg)
.jpg)





