Nida Xəbər
Texasda ermənilərin faşist əməllərinə etiraz səsi ucaldıldı - FOTO
İyulun 22-də Texaş ştatının Hyuston şəhərində yaşayan azərbaycanlılar Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təxribatlara, işğalçılıq siyasətini davam etdirməsinə, soydaşlarımıza münasibətdə sərgilənən erməni barbarlığına və vəhşiliyinə qarşı etiraz aksiyası keçirib.
Diasporla İş üzrə Dövlət komitəsindən Publika.az-a bildirilib ki, Azərbaycan–Amerika Mədəniyyət Alyansının təşkilatçılığı və "Ermənistanın işğalçı siyasətinə son qoyulsun!" tələbi ilə gerçəkləşdirilən rallidə 100-ə yaxın avtomobil iştirak edib. Üzərinə Azərbaycan və ABŞ-ın dövlət bayraqlarının, "Ermənistanın işğalçı siyasətinə son qoyulsun!", "Qarabağ Azərbaycandır!" şüarlarının həkk olunduğu avtomobillərlə 2 saatdan artıq müddət ərzində ştatın Şuqar Lənd (Sugar Land), Keti (Katy), Memorial və Hyuston şəhərlərinin küçələrində hərəkət edən həmvətənlərimiz, texaslıların diqqətini Qarabağ həqiqətlərinə və erməni vəhşiliyinə cəlb edib.
Avtomobil yürüşünün sonunda şəhərin mərkəzində bir araya gələn soydaşlarımız Azərbaycanın dövlət himnini ifa ediblər. “Qarabağ bizimdir, bizim olacaq”, "Qarabağ Azərbaycandır!", " Ermənistanın işğalçı siyasətinə son qoyulsun!", "Erməni vəhşiliyinə son qoyulsun!" kimi şüarlar səsləndirən soydaşlarımız ölkəmizə, xalqımıza, ordumuza və bu günlərdə müxtəlif xarici ölkələrdə ermənilərin faşist əməllərinə qarşı səslərini ucaldan soydaşlarımıza dəstəklərini ifadə ediblər.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
