Los Ancelesdəki həmyerlimiz: "Qadın soydaşımızı yıxıb təpiklə vəhşicəsinə vururdular"
Bizi izləyin

Nida Xəbər

Los Ancelesdəki həmyerlimiz: "Qadın soydaşımızı yıxıb təpiklə vəhşicəsinə vururdular"

“İyulun 21-də Azərbaycan Respublikasının Los Ancelesdəki Baş Konsulluğunun qarşısında erməni təxribatı əleyhinə aksiyamız oldu. Hansı ki, ermənilər bu aksiyanı keçirəcəyimizi gözləmirdilər. Onlar bir həftə öncədən gəlib nümayiş keçirir və çıxıb gedirdilər. Çünki əvvəllər biz onların qarşısına çıxmırdıq”.

Bunu Publika.az-a danışan Los Ancelesdə yaşayan diaspor fəalı Turqut Əliyev deyib.

T.Əliyev deyir ki, ermənilərin ən böyük aksiyasının ayın 21-də olacağını öyrəndik və bir gün içərisində nümayişə hazırlaşdıq: “Konsulluğumuzdan xahiş etdik ki, əraziyə polisləri cəlb etsinlər. Çünki biz bilirdik ki, ermənilər vəhşidirlər. Ərziyə polislər gəldi və biz aksiyamızı keçirdik. Nümayişin sonuna yaxın ermənilərin sayı artdı. İlkin olaraq 4-5 min erməni bir yerə toplaşmışdı. Ardınca hər 10-15 dəqiqədən bir onların sayı yüz-yüz artmağa başladı və bizi mühasirəyə aldılar”.

Həmyerlimizin sözlərinə görə, dinc aksiyanı yekunlaşdırıb evə getmək istədikdə ermənilər onlara kütləvi şəkildə hücum etməyə başlayılar: “Bir nəfər soydaşımızın üzərinə 15-20 erməni hücum edirdi. Polis də çatdırmırdı. Hətta bir polisi yaraladılar, o, xəstəxanaya qaldırıldı. Ermənilər polis barrikadalarına məhəl qoymurdular və onu yararaq vəhşilik nümayiş etdirirdilər. Biri qadın olmaqla 8 soydaşımız yaralandı, 1 nəfərin vəziyyəti ağır idi və huşunu itirmiş vəziyyətdə xəstəxanaya çatdırdıq. Qadın həmyerlimizi ermənilər yerə yıxıb təkiplə vururdular və onu çox vəhşicəsinə yaraladılar. Erməni vandalları qadın, uşaq, gənc deyə ayırd etmirdilər, hamıya qarşı vəhşi davranırdılar”.

Diaspor fəalı qeyd edib ki, səsləndirilən şüarlar qəti şəkildə nifrət saçmırdı və Qarabağımızı qaytarmaqlarını tələb edirdik, sülh istəyirdik: “Bildirirdik ki, Tovuzda mülki əhalini hədəf almasınlar. Amma onlar buna məhəl qoymadılar. Biz məcbur hadisə yerindən kənarlaşmalı olduq. Yaralanan soydaşlarımız artıq xəstəxanadan öz istəkləri ilə çıxıblar və evdədirlər. Birinin vəziyyəti hələ də orta-ağır qiymətləndirilir, digərləri normaldır.

Uğurumuz bu vəhşiliklərin ABŞ mediasında işıqlandırılması oldu. Onlar helikopterlə aksiyanı çəkirdilər. Artıq ABŞ KİV-ləri ermənilərin nifrət saçan mövqelərini nümayiş etdirməyə başlayıblar. Uğurumuzla bərabər yaralılarımız da oldu, ancaq biz buna təəssüflənmirik. Bütün xəsarət alanlar bildirilər ki, aksiya yenidən olsa, gedəcəklər. Məncə bu, daha böyük ruh yüksəkliyidir. Düşünürük ki, erməni vəhşiliyini ABŞ xalqna daha çox göstərməliyik və onların vandal, terrorçu olduqlarını bəyat etməliyik”

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm