Nida Xəbər
Amerikalı yəhudilər erməni vəhşiliklərini pislədilər
Amerikalı israillilərin ən böyük təşkilatı olan nüfuzlu İsrail-Amerika Şurası (IAC) iyulun 21-də Baş Konsulluq qarşısında erməni daşnaklarının Azərbaycan icmasının üzvlərinə qarşı həyata keçirdiyi vəhşilikləri pisləyib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Publika.az-a verilən məlumata görə, açıqlamada ölkəmizin Los Ancelesdəki Baş Konsulluğu qarşısında toplaşmış azərbaycanlılara hücum edilməsinin qəbuledilməz olduğu bildirilib. Həmçinin, təhlükəsiz şəkildə söz azadlığı və toplaşmaq azadlığının qorunub saxlanmasının vacibliyi diqqətə çatdırılıb və dinc nümayişçilərə qaşı zorakılığın ABŞ cəmiyyətinə və demokratik dəyərlərə təhdid olduğu qeyd edilib. Sonda təşkilat xəsarət alanların tez bir zamanda və tam sağalmasını diləyib və hüquq-mühafizə orqanlarının bu istintaq işini yekunlaşdıracağına və onun nəticələrinə uyğun qətiyyətlə hərəkət edəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, Los Ancelesdə fəaliyyət göstərən IAC dünyada ən sürətlə inkişaf edən yəhudi təşkilatıdır. 2007-ci ildə yaradılmış IAC 250 minə yaxın amerikalı israillini özündə birləşdirir. Los Ancelesdəki Baş Konsulluğumuzun bu təşkilatla uzun illərdən bəri sıx dostluq münasibətləri saxlayır.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
