Nida Xəbər
Şəhid generalla bağlı MÖHTƏŞƏM ADDIM - Qənirə Paşayeva hərəkətə keçdi
Əslən Tovuzdan olan araşdırmaçı-yazar qardaşımız Əkbər Qoşalı maraqlı bir təkliflə çıxış edib. Bir neçə gün öncə öz sosial media hesabında müvafiq post paylaşan qardaşımız, Tovuz şəhərinin küçə və ya meydanlarından birinin “Şəhid General Polad Həşimov” yaxud “Şəhid General” adlandırılması barədə təkliflə çıxış edib, mənim və Millət vəkili həmkarım Arzu Nağıyevin bu məsələyə münasibət bildirməsini istəyib. Həmin təklif sosial media istifadəçisi olan tovuzlular, vətənpərvər gənclər, ziyalılar, millət vəkili həmkarlarım və başqaları tərəfindən müsbət qarşılanıb, təqdiredici rəylər yazılıb. Belə bir təklifə və təklifə bəslənən münasibətə görə məmnunam.
Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qeyd edib.
Millət vəkili bu təklifi alqışladığını bildirib: “Hesab edirəm ki, çox məqsədəuyğun təklifdir. Bildirmək istərdim ki, öz tərəfimdən Tovuz rayon İcra hakimiyyətinə və digər əlaqədar orqanlara bu barədə rəsmi məktubla müraciət edəcəm. İnanıram ki, Tovuzun küçə və ya meydanlarından birinin, deyildiyi kimi, “Şəhid General Polad Həşimov”, “Şəhid General” və ya “General Polad Həşimov” adlandırılması hər kəsin ürəyincə olardı. Şanlı generalımız əziz canını canından əziz sevdiyi Vətən torpaqları uğrunda məhz Tovuzda fəda edib, adının digər şəhər-rayonlarımızla (Qəbələ, Sumqayıt, Bakı və s.) yanaşı, məncə, ilk növbədə Tovuzda əbədiləşdirilməsi hərbi-vətənpərvərlik işinə, gənc nəslin tərbiyəsinə öz müsbət təsirini göstərməklə yanaşı, bizim vəfa borcumuzun ifadəsi olardı.
Şəhid generalımıza və onun şəhid silahdaşlarına ulu Tanrıdan rəhmət, yaralı hərbçilərimizə möhkəm can sağlığı diləyirəm!
Vətən sağ olsun!”
-
Hadisə19:0012 yaşlı şagird özünü məktəb binasından atdı - Əmisinin zorakılıq etdiyini deyibmiş
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov











.jpg)



.jpg)


















