Nida Xəbər
Müdafiə xərclərinin artırılması zəruridir - Deputat
Müdafiə xərclərinin artırılması zəruridir.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında deputat Fazil Mustafa deyib.
O bildirib ki, iyul ayında baş verən Tovuz hadisələri bunu bir daha göstərdi. Deputat qeyd edib ki, ikinci əsas diqqət vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilməlidir: “Burada iki məqama diqqət yetirmək lazımdır. Birincisi, sahibkarlar hazırda çox acınacaqlı vəziyyətdədir. Onlara dəstək üçün vəsait ayrılmalıdır. İkincisi isə birbaşa vətəndaşların özlərinə dəstək verilməlidir. Çünki pandemiya dövründə çox insan işsiz qalıb və bu, onların həyatına ciddi şəkildə mənfi təsir göstərib. Doğrudur, dövlət deyir ki, 600 min insana yardım edilib, amma bu çox azdır. İnsanlar hazırda ən elementar tələblərini ödəyə bilmirlər. Biz ölkədə sosial gərginliyi azaltmaq istəyiriksə, büdcənin xərclər hissəsində bu məsələyə xüsusi diqqət yetirməliyik”.
-
Dünya09:28Putin bu ölkədən 50 min əsgər istəyir - Yeni müharibə planı üzə çıxdı
-
Magazin208:36Məşhur aktyor ticarət mərkəzində döyüldü
-
ABŞ07:30Nahar fasiləsində 1,73 milyonluq cekpotu uddu
-
Magazin106:16Nazirlik Azərə 200 min manat ödəyəcək
-
Dünya05:15Ədən körfəzində şiddətli zəlzələ baş verdi
-
Dünya02:42"Lətifə" iti üçün məhkəmədə il yarım mübarizə apardı
-
Magazin101:11Aktrisaya görə Ülviyyə İlyasovanın cəzası artırıldı
-
İdman00:45“Bəlkə, cahillik edib rəqəm seçirik” - Video










.jpg)























.jpg)
.jpg)

