Nida Xəbər
Adil Əliyev seçiciləri ilə görüşdü
Milli Məclis Sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev deputat seçildiyi 20 saylı Nərimanov ikinci seçki dairəsində qanunvericiliyin tələblərinə uyğun olaraq seçicilərinin növbəti qəbulunu keçirib.
Publika.az xəbər verir ki, qəbul zamanı seçicilər üzləşdiyi müxtəlif növ problemləri səsləndirdiribər.
Vətəndaşlar tərəfindən qaldırılan sosial, kommunal, infrastruktur, humanitar məsələlər müzakirə edilib. Qaldırılan məsələlərin bir qismi dərhal yerindəcə həll edilib.
Görüşdə, habelə seçicilərin kommunal problemlərinin aradan qaldırılması, təhsil, işsizlik və digər müraciətlərin araşdırılması, bununla bağlı zəruri tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara göndərilməsi barədə qərar qəbul edilib. Eyni zamanda, məhkəmə predmeti ilə əlaqədar olan məsələlərlə bağlı seçiçilərə lazımi hüquqi izahatlar verildi və tələb olunan sənədlərin hazırlanması qaydası izah olunub.
Adil Əliyev görüş zamanı ölkəmizdə koronavirusa qarşı aparılan mübarizənin mühüm əhəmiyyət kəsb etdiyini, bu sahədə çox ciddi uğurların əldə olunmasını qeyd edib. O, büdcədə nəzərdə tutulmuş və vətəndaşların həyatına müsbət təsir edəcək bütün sosial proqramların uğurla icra edildiyini söyləyibb. Bildirilib ki, xüsusilə son günlər yoluxanların statistikasında azalmalar müşahidə olunur. Lakin, buna baxmayaraq, hər kəsin Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün növ tapşırıq və tövsiyələrinə əməl etməsi çox vacibdir.
Görüşdə iştirak edən vətəndaşlar qaldırılan məsələlərin həllinə görə öz minnətdarlıqlarını ifadə etdilər, Azərbaycan xalqının daim ölkə rəhbərliyinin yanında olduğunu diqqətə çatdırlblar, pandemiya dövründə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Keçirilən görüş zamanı karantin qaydalarına əməl edilmiş və yekunda aztəminatlı ailələrə sovqat və tibbi ləvazimatlar paylanılıb.
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub











.jpg)



.jpg)

.jpg)
















.jpg)



