Nida Xəbər
Yəhudi xalqı heç vaxt erməni legionunun vəhşiliklərini unutmayacaq - Arye Qut
Ermənistanda faşizmin populyarlaşdırılması dövlət siyasətinin tərkib hissəsinə çevrilib.
Bunu beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qut deyib.
Yerevanda faşist Qaregin Njdeyə abidənin ucaldılmasından danışan ekspert qeyd edib ki, heç kim xalqların öz tarixini, tarixi keçmişini mülahizə etmək, milli qəhrəmanlarının xatirəsini əbədiləşdirmək hüququna müdaxilə etmir, amma Holokostun qanlı cinayətlərinin törədilməsinə aidiyyəti olan insanların qəhrəmanlara çevrilməsinə susmamalıyıq:
"Biz israillilər dörd il əvvəl Yerevanda nasist əlaltısı, faşist və antisemit Qaregin Njdeyə ucaldılan heykələ necə reaksiya göstərməliyik? Bir ölkə bəşəriyyətə qarşı cinayətlərdə ittiham olunmuş faşist cinayətkarını qəhrəman elan edə bilərmi? Erməni faşisti və antisemit general Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi utancvericidir və Holokost qurbanlarının xatirəsinə təhqirdir".
Onun sözlərinə görə, bu gün artıq sirr deyil ki, Ermənistanda faşizm ideologiyası, faşist Almaniyası ilə sıx əməkdaşlıq etmiş erməni faşist və nasistlərinin qəhrəmanlaşdırılması dövlət səviyyəsində təbliğ edilir:
"Faşizmin, antisemitizmin və neonasizmin populyarlaşdırılması bu Cənubi Qafqaz ölkəsində dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Ən təhlükəlisi odur ki, "Njdeizm" adlı faşist ideologiyası Ermənistanda tədris proqramına salınıb və gənc nəsil bu "dəyərlərlə" tərbiyə olunur. Yəhudi xalqı heç vaxt İkinci dünya müharibəsində təsisçilərindən biri Njde olan 20 minlik erməni legionunun vəhşiliklərini unutmayacaq. Arxiv sənədləri ilə təsdiq olunmuş tarixi faktlar var. General Njde başda olmaqla erməni legionunun məqsədi yəhudilərin və alman ordusunda "uyğun olmayan"ların məhv edilməsi idi. Müasir Ermənistanın bu cür siyasətini saatlı bomba adlandırmaq olar, çünki bu cür ideologiya ilə böyüyən gənclər gələcəkdə faşizm və terrorçuluq işini davam etdirəcək".
Ermənistandakı hazırkı vəziyyət barədə danışan ekspert bildirib ki, N.Paşinyan özünə demokrat obrazı yaratsa da, əslində Ermənistanda hakimiyyəti zəbt edir:
"Əvvəllər o, Koçaryan və Sarkisyanı diktatura rejimi yaratmaqda ittiham edirdi. Bu gün isə o, həmin repressiyaları Soros fondunda yaxın olmayan hər kəsə qarşı həyata keçirir. Ermənistan indi ağır siyasi və iqtisadi böhrandadır, işsizlik səviyyəsi 20 faizə çatır, ölkədə koronavirus infeksiyası post-sovet məkanında ən yüksək səviyyədədir. Tovuz istiqamətindəki erməni aqressiyası onu göstərdi ki, Nikol Paşinyan öz xalqının taleyinə biganədir. Ermənistan üçün bu cür çətin vəziyyətdə ona yığılan narazılığı, nifrəti öz üzərindən Azərbaycana yönəltmək üçün hərbi təxribat lazım oldu".
Ekspert qeyd edib ki, uğurlu geosiyasi və geoiqtisadi təşəbbüslər sayəsində Azərbaycan regionun liderinə çevrilib və onun iştirakı və razılığı olmadan bu cür strateji regionda heç bir siyasi, iqtisadi, nəqliyyat məsələləri həll olunmur:
"Azərbaycanla İsrail arasında diplomatik münasibətlərin 28 illik tarixi ərzində yəhudi dövləti ilə müsəlman çoxluğu olan dövlət arasında strateji münasibətlərin zəruriliyi və həyatqabiliyyətliliyi sübut olunub. Bizim dost ölkələrimiz həqiqətən də əsl və etibarlı strateji tərəfdaş kimi fəaliyyət göstərir və biz tarix boyu heç vaxt bir-birimizə xəyanət etməmişik, bir-birimizin yanında, çiyin-çiyinə olmuşuq. Sirr deyil ki, İsraillə Azərbaycanın hərbi-texniki tərəfdaşlığı real nəticələr verir və bu, Ermənistanı həqiqətən də qıcıqlandırır. Məhz buna görə də Ermənistanın Xarici işlər naziri Mnatsakanyan bütün beynəlxalq münasibətlərin norma və qaydalarına zidd olaraq İsrail KİV-lərinə bəyanat verir ki, "İsrail Azərbaycanla hərbi-texniki əməkdaşlığı dayandırmalıdır".
Elə təəssürat yaranır ki, Mnatsakanyan Ermənistanın xarici siyasi fiaskosunun günahkarı və hədəf qismində İsrail seçilib. Ermənistanın baş diplomatına xatırlatmaq istəyirəm ki, Yerevan 28 il ərzində İsraillə əməkdaşlığı diqqətdən qaçırıb, amma bu zaman ərzində rəsmi Bakı müxtəlif geosiyasi çətinliklərə və təzyiqlərə baxmayaraq, İsrail dövləti ilə münasibətləri inkişaf etdirmək, möhkəmləndirmək və dərinləşdirməklə yəhudi dövlətinin əsl və etibarlı tərəfdaşına çevrilib".
A.Qut əlavə edib ki, Mnatsakanyanın bəyanatları İsrail istiqamətində diplomatik blefdir:
"İsrail dövləti Azərbaycanın ədalətli mövqeyini, Azərbaycanın ərazi bütövlüyünü fəal şəkildə dəstəkləyir. 28 ildən çoxdur ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı davam edir. Bu təcavüz nəticəsində Azərbaycanın bir milyondan çox qaçqın və məcburi köçkünü var". (trend)
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO