Nida Xəbər
Hərbi hissədə ideoloji tədbir keçirildi - FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çıxışlarında orduda ideoloji işin gücləndirilməsi, vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində qarşıya qoyduğu vəzifələrdən irəli gələn tapşırıqların icrası ilə bağlı hərbi hissədə növbəti tədbir keçirilib.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Şəxsi heyətə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin çıxışını əks etdirən videoçarx və Azərbaycanın dövlətçilik, hərb tarixindən bəhs edən tarixi xronika təqdim olunub.
Tədbirdə həmçinin “Əsgərə məktub” layihəsi çərçivəsində əsgərlər ailələrinə məktub yazaraq öz arzularını çatdırıblar.
Azərbaycanın Əməkdar artisti Ağalar Bayramovun da iştirak etdiyi tədbirdə Vətənə, Azərbaycan bayrağına, şəhidlərə həsr edilən şeirlər səsləndirilib, Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivi konsert proqramları ilə çıxış edib.
-
Nida Xəbər 09:30Keçmiş nazirə yeni vəzifə verildi - FOTO
-
Rəsmi xronika09:15İlham Əliyev Vyetnamın Baş naziri ilə görüşdü - FOTO
-
İdman09:00Ən çox maaş alan MLS oyunçuları - Beşlikdə kimlər var?
-
Avropa08:36Ukrayna üçün kritik saatlar - 60-dək qanadlı raketlə zərbə endirilə bilər
-
Magazin206:1625 yaşlı milyarder jurnal üçün çılpaq poza verdi - FOTO
-
Səhiyyə04:14Bu vitamin ağciyər xərçəngi riskini azaldır
-
Qoroskop00:30Günün ULDUZ FALI - Sevindirici xəbərlər gündəmə gələ bilər
-
İdman19 Noyabr 23:48Hakim ciddi xəsarət aldı, futbolçu 8 il müddətinə diskvalifikasiya edildi - VİDEO




















.png)

.jpg)










.png)
