Rusiyalı pornoaktrisaya görə qalmaqal qopdu: İngiltərə klubu sponsordan imtina etdi
Bizi izləyin

İdman

Rusiyalı pornoaktrisaya görə qalmaqal qopdu: İngiltərə klubu sponsordan imtina etdi

Rusiyalı pornoaktrisaya görə qalmaqal qopdu: İngiltərə klubu sponsordan imtina etdi

İngiltərənin “Lester” klubu porno aktrisa Eva Alfinin iştirak etdiyi reklam kampaniyası ilə bağlı qalmaqaldan sonra əsas sponsoru “BC.Game” ilə tərəfdaşlığına vaxtından əvvəl son qoyub.

Publika.az xəbər verir ki, 2024/25 mövsümünün əvvəlindən klubla tərəfdaşlıq edən şirkət bu yaxınlarda rusiyalı pornoaktrisanı brend səfiri təyin etdi. Bu, bəzi azarkeşlərin narazılığına səbəb oldu.

“Foxes Trust” azarkeş hərəkatı rəhbərliyə təzyiqi artırdı və nəticədə tərəflər tərəfdaşlığı dərhal dayandırmaq barədə razılığa gəldilər. Klub rəsmi açıqlamada qərarı təsdiqlədi və gələcək üçün fərqli kommersiya prioritetlərini qeyd etdi.

“Lester Siti” Futbol Klubu və “BC.Game” qarşılıqlı olaraq kommersiya tərəfdaşlıqlarını dərhal dayandırmaq barədə razılığa gəliblər. Qərar son günlərdə tərəflər arasında aparılan konstruktiv müzakirələrdən sonra verilib”, – deyə açıqlamada bildirilir.

“Leister”, həmçinin “BC.Game” brendli formalar alan azarkeşlərə xüsusi təklif təqdim edib. Klub, 21 oktyabr 2026-cı il tarixindən etibarən son 28 gün ərzində rəsmi mağazalardan alınan avadanlıqların geri qaytarılmasına və ya dəyişdirilməsinə icazə verir. Təklif 2 dekabr tarixinə qədər qüvvədədir və hətta geyilmiş formalar və ya fərdiləşdirilmiş əşyalar da geri qaytarıla bilər.

Qalmaqal, əsl adı Yuliya Romanova olan 29 yaşlı rusiyalı Eva Elfi ilə bağlıdır. Onun “İnstaqram”da təxminən 4,9 milyon izləyicisi var və 2021-ci ildə “Ən Yaxşı Yeni Beynəlxalq Ulduz” nominasiyasında AVN mükafatını qazanıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm