Fransa prezidentliyinə namizədin partiyasının ofisində axtarış aparıldı
Bizi izləyin

Avropa

Fransa prezidentliyinə namizədin partiyasının ofisində axtarış aparıldı

Fransa prezidentliyinə namizədin partiyasının ofisində axtarış aparıldı

Fransa prezidentliyinə namizəd Marin Le Penin rəhbərlik etdiyi sağçı Milli Birlik (RN) partiyasının Paris ofisində axtarış aparılıb.

Publika.az xəbər verir ki, BFMTV-nin məlumatına görə, axtarış Paris prokurorluğu tərəfindən bu ilin 27 iyulunda başlanan məhkəmə istintaqının bir hissəsi olub.

İstintaq "peşə sirrinin pozulması", "gizli araşdırma təşkil edən məlumatların açıqlanması və bu cinayətlərin gizlədilməsi" şübhələri ilə davam edir. İstintaqa yaxın mənbələrin verdiyi məlumata görə, şübhələr Fransa Daxili İşlər Nazirliyinin əməkdaşına qarşı irəli sürülüb. O, rəsmi vəzifəsini davam etdirərkən partiya nümayəndələrinə məxfi məlumatlar ötürüb. Sözügedən şəxs hazırda Luar departamentinin prefekti olan Huques Moutoudur.

Milli Birlik Partiyası Fransanın əsas siyasi qüvvələrindən biri olaraq qalır. Onun parlament lideri Marin Le Pen 2027-ci il seçkilərində prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir və son rəy sorğularına görə, bütün potensial rəqiblərini qabaqlayır.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm