Nida Xəbər
Rusiya portalında Mehriban Əliyeva haqda məqalə dərc olundu
“Rossiya onlayn” portalında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya həsr edilmiş məqalə dərc olunub.
Məqalədə Mehriban Əliyevanın Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri kimi çoxşaxəli fəaliyyəti barədə məlumat verilir.
“Vətəninə və xalqına xidmət Birinci vitse-prezident Mehriban Əliyevanın həyat amalıdır” sərlövhəli məqalə əsasında hazırlanmış yazıda vurğulanır ki, Mehriban Əliyevanın fəaliyyətinin əsasını öz xalqına sevgi təşkil edir. Vətənə və xalqa hədsiz bağlılığı sayəsində hər kəsin sevgisini qazanmış Mehriban Əliyeva Azərbaycanın ən böyük təəssübkeşlərindən biri, xalqının xoşbəxt gələcəyi üçün çoxsaylı layihələrin müəllifidir.
Məqalədə vurğulanır ki, Mehriban Əliyeva birinci xanım adını şərəflə daşıyır, beynəlxalq miqyasda həmişə Azərbaycanın mövqeyini qoruyur, uşaqdan böyüyə qədər hər kəsin qayğısını çəkir, öz möhkəm iradəsi və cəsarəti sayəsində cəmiyyətdə mövcud problemlərin həllinə nail olur. Bir sözlə, onun fəaliyyət sahəsi son dərəcə məsuliyyətli və gərgin sahədir. Bütün bunlar Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın həyatının mənasını təşkil edir.(AzərTAc)
-
Magazin106:16Azərbaycanlı futbolçunun toyu oldu - VİDEO
-
Magazin103:13"Pulumu ən çox onlara xərcləyirəm"
-
Qoroskop00:15Günün ULDUZ FALI - Gizli qalmış duyğuları bölüşə bilərsiniz
-
Sosial00:00Dolu yağanda maşınlar bu vəziyyətə düşdü - VİDEO
-
Magazin126 May 23:36İlk dəfə qızından danışdı
-
Sağlamlıq26 May 23:24Bu saatdan sonra yemək yemək qəti qadağandır - XƏBƏRDARLIQ
-
ABŞ26 May 23:00Tramp tibbi müayinəsinin nəticələrini açıqladı
-
Elm və təhsil26 May 21:50Buraxılış imtahanında maksimum nəticə - 300 balı onlar topladılar







.jpg)




























