Nida Xəbər
Tərtərdə polis şöbəsinə və məcburi köçkün şəhərciyinə atəş açıldı - Hikmət Hacıyev
Əməliyyatlar təmas xəttində Azərbaycanın mülki şəxslərə hücumu ilə başlayıb.
Publika.az-ın məlumatına görə, bunu bu gün Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Bu barədə beynəlxalq ictimaiyyətə çatdırılıb: "Tovuz hadisələrdən başlayaraq regional gərginlik provakasiyasıdır. Bu da Ermənistan siyasi hakimiyyəti tərəfindən həyata keçirilən provakasiyadır. Azərbaycan əks hücumlara başlayaraq onların atəş nöqtələrini susdurub. Çətin vəziyyətə düşən düşmən təmas xəttində mülki Azərbaycan əhalisini hədəfə alıblar. Dünən Naftalan şəhərində ermənilərin ağır artilleriya atəşi zamanı bir ailənin 5 üzvü həlak olub. Bu gün Tərtərdə ermənilərin atəşi nəticəsində qadınlar üçün nəzərdə tutulan toxuculuq sexinə ziyan dəyib. Bundan əlavə Tərtər rayonunda polis şöbəsinə və məcburi köçkünlər üçün inşa olunan şəhərciyə atəş açılıb. Hadisə nəticəsində ümumilikdə 14 mülki Azərbaycan vətəndaşı həlak olub. Azərbaycan Silahlı Qüvvələri bu hücumların qarşısını almaq üçün əks həmlə hücumlara başlayıb və mülki əhalinin təhlükəsizliyini təmin etsin. Azərbaycan Ermənistanı həmişə sülhə çağırsa da ermənilər Azərbaycana qarşı təxribatlara əl atır. Beynəlxalq ictimaiyyətin narahatlığını başa düşürük. Amma beynəlxalq ictimaiyyətə bildiririk ki Ermənistan işğala son qoymalıdır. Bəzi beynəlxalq təşkilatlar qərəzli mövqe nümayiş etdirir. Erməni lobbisinin maliyyəsi ilə maliyyələşən bəzi qrumlar bizim mövqeyimizi nəzərə almadan qərəzli bəyanatlar yayıblar. Azərbaycan Respublikasına qarşı müharibə aparılır. Azərbaycan ərazisinə qarşı 30 ildir ki müharibə aparılır. Biz isə istəyirik ki, Ermənistan işğalçı mövqeyinə son qoysun. Bu böyük Vətən müharibəsidir. Azərbaycan ərazisində hərbi vəziyyət elan olunub və bu gün də ölkədə qismən səfərbərlik elan olunub. Beynəlxalq hüquqdan istifadə edirik. Amma bunun əksini Ermənistan Silahlı qüvvələrində müşahidə edirik".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
