Nida Xəbər
QHT-lər "Amnesty International"a etiraz etdi
Azərbaycanda insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lər "Amnesty International"ın verdiyi bəyanata etirazı edib.
Publika.az xəbər verir ki, QHT-lərin müraciətində deyilir:
"Azərbaycanda insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lər olaraq dərin narahatlıq və narazılıq hissi ilə Sizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində mülki şəxslərin qorunması vacibliyi ilə bağlı verdiyiniz bəyanata etirazımızı bildiririk.
Hüquq müdafiə təşkilatı kimi mülki şəxslərin humanitar hüquq, həmçinin beynəxalq insan hüquqları çərçivəsində qorunmasının vacibliyi ilə bağlı mövqeyiniz təqdirəlayiqdir. Lakin təəssüflər olsun ki, bəyanatınızda qeyri-obyektiv baxış və qərəzlilik hiss olunur.
Belə ki, bəyənatda daha çox məhz Xankəndi və Şuşanın Azərbaycan hərbi qüvvələri tərəfindən bombalandığı barədə məlumat verirsiz lakin, Ermənistanın 1949-cu il Cenevrə Konvensiyası da daxil olmaqla beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Gəncə, Tərtər, Mingəçevir, Bərdə, Beyləqan, Ağcabədi, Xızı və azərbaycanlı mülki əhalinin sıx məskunlaşdığı digər şəhər və kəndlərimizə hücumlar edərək münaqişənin miqyasını və coğrafiyasını açıq şəkildə genişləndirmək cəhdlərini qeyd etmirsiz.
Diqqətinizə çatdırmaq istərdik ki, Ermənistanın raket zərbələri nəticəsində 27 azərbaycanlı mülki şəxs həlak olub, 141 nəfər yaralanıb, 500-dən çox yaşayış binası və mülki obyekt isə dağıdılıb. Bu cür vacib və həssas məsələdə selektiv yanaşma insan hüquqları prizması baxmından qərəzsizlik mövqeyinin tamamilə pozulması deməkdir.
Eyni zamanda düzgün olaraq qeyd edirsiniz ki, Azərbaycan və Ermənistan Klaster silahları barədə Konvensiyanın tərəfləridir. Azərbaycan tərəfi bu konvensiya ilə öhdəlikləri tamlıqla yerinə yetirir. Lakin Ermənistan ordusunun istifadə etdiyi klaster bombaları münaqişə zonasında və ondan aralıda yerləşən kənd və şəhərlərin mülki əhalisinə və infrastrukturuna xeyli zərər vurub. Beynəlxalq hüququn norma və prinsipləri Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin ərazi bütövlüyünü bərpa etmək və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün apardığı əməliyyatlara haqq verir. Azərbaycan ordusu öz ərazisində müdafiə olunur və yalnız legitim hərbi obyektləri hədəf seçir. Mülki obyektlərə konvensiyaya uyğun olaraq atəş açılmır.
Yuxarıda göstərilən faktları nəzərə alaraq Azərbaycanda insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lər adından Sizə müraciət edir və Ermənistanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi təxribatçı hərbi təcavüzünü və hərbi cinayətlərini pisləməyə çağırırıq.
Ermənistanın Azərbaycana qarşı son hərbi cinayətlərinə dair məlumatları əks etdirən infoqrafika müraciətə əlavə edilir.
İmzaladı:
Novella Cəfərova – D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti
Ramil İsgəndərli – “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi
Səidə Qocamanlı – İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi
Arzu Abdullayeva – Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsi
Səadət Bənənyarlı – “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” İctimai Birliyi
Zəlixə Tahirova – Azərbaycan İnsan Hüquqları Mərkəzi
Əvəz Həsənov – “Humanitar Tədqiqatlar” İctimai Birliyi
Mirvari Qəhrəmanlı - Neftçilərin Hüqularını Müdafiə Təşkilatı İctimai Birliyi
Eldar Zeynalov – Azərbaycan İnsan Hüquqları Mərkəzi
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ




































