Nida Xəbər
Bu zəfər hissini bizə yaşadan Ordumuz, Prezidentimiz var olsun!
“Döyüşlərin getdiyi bir vaxtda, ailəliklə cəbhə bölgəsində olduğumuz bir məqamda Cəbrayıl şəhərinin və digər ərazilərin azad olunmasını xalqımızın necə sevinc hissi ilə qarşıladığını və göz yaşlarına qərq olduğunu gördüm. Belə bir anda Vətən, dövlət adına Ali Baş Komandanın ətrafında xalqın vəhdətini görmək tamam başqa bir qürurdur”.
Publika.az xəbər verir ki, bu fikirləri “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli bildirib. O, bir ana olaraq dövlətə, Azərbaycan əsgərinə dualar etdiyini diqqətə çatdırıb: “İnanc adamı olaraq düşünürəm ki, bu günlərdə Prezident İlham Əliyevin komandanlığı ilə Azərbaycan Ordusunun zəfərini, gücünü görmək başqa bir iftixardır. Ali Baş Komandan, Ordumuza təşəkkür edirəm ki, 30 illik töhmətin birdəfəlik üzərimizdən götürülməsi üçün zəfər dolu addımlar atdılar. Məhz bu günlərdə Allahın nəzəri Azərbaycan Ordusunun, Ali Baş Komandanın üzərində olduğuna əminəm. Bütövlükdə Qarabağ adına yaranmış bu vəhdətin qələbə müjdəsinin tezliklə Şuşada, Laçında olacağına etiqadımla inanıram. Çünki bu bizim haqlı savaşımızdır və Allahın “ol” deməsi var. Ona görə də zəfər Azərbaycan dövlətinindir”.
S.Əzimbəyli qeyd etdi ki, Ali Baş Komandan İlham Əliyevin bu günlərdə xalqa müraciəti şəhid doğmalarının, qazilərin və bütövlükdə xalqımızın qəlbinə ayrıca bir fərəh və ümid verdi: “İndi bütün dünya Azərbaycan Ordusunun şücaətindən danışır. Bu zəfər hissini bizə yaşadan Ordumuz, Prezidentimiz var olsun!”
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ










.jpg)






.jpg)


















