Nida Xəbər
Türkiyə parlamentindən Paşinyana SƏRT XƏBƏRDARLIQ: “Dünya müharibəsini...”
“Azərbaycanın dinc əhalisinə və mülki yaşayış obyektlərinə Ermənistanın hücumları qətiyyətlə qəbuledilməzdir. Ermənistan bu təxribatları ilə müharibə qanunlarını belə pozur”.
Bu sözləri Publika.az-a özəl açıqlamasında Türkiyə Böyük Millət Məclisinin Artvin millət vəkili Uğur Bayraktutan deyib.

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fikirlərini bölüşən millət vəkili bildirib ki, Ermənistan 1915-ci il qondarma soyqırımı olaylarını bəhanə edərək 1992-ci ildə Xocalıda törətdiyi qətliamı kölgələmək istəyir: “Biz bunu qəbul edə bilmərik. Erməni diasporu və lobbisi Azərbaycan torpaqlarının işğalını unutdurmaq üçün daim 1915-ci olaylarını gündəmə daşımağa cəhd göstərib. 28 il əvvəl Azərbaycan torpaqları işğal olundu və azərbaycanlıların qətliamına dünya tamaşaçı qaldı. Azərbaycan və Türkiyənin Ermənistanın ərazisində heç bir iddiası yoxdur. Biz sadəcə işğal olunan Azərbaycan torpaqlarının boşaldılmasını və Azərbaycanın suverenliyinin tanınmasını tələb edirik”.
U.Bayraktutan Bakı-Tbilisi-Ceyhan enerji xəttinə edilən hücumu belə dəyərləndirib: “Bu, bölgədə Azərbaycanla bacara bilməyəcəyini anlayan Ermənistanın regional və bəlkə də dünya müharibəsinə yol aça biləcək təcavüzkar təşəbbüsüdür. Bunu da qəbul etməyimiz mümkün deyil”.
O, Ermənistana tövsiyə və tələblərini belə dilə gətirib: “28 ildir işğal altında olan Azərbaycan torpaqlarının dərhal boşaldılması və Azərbaycanın ərazi bütövlüyünün tanınmasını, mülki yaşayış məskənlərinə hücumları dayandırmağı tələb edirik. Türkiyə Respublikası Ermənistanın haqsız hücumları və təcavüzlərini qınayır”.
Parlamentari Türkiyə ilə bağlı bir sıra qondarma iddialar səsləndirən Ermənistana xatırlatma edib: “Azərbaycan təkbaşına sizin öhdənizdən gələ biləcək gücə sahibdir. Sizin arxanızda kimlərin dayandığını türk cəmiyyəti çox yaxşı bilir. Nikol Paşinyan (Ermənistanın hazırkı baş naziri – red.) ağlını başına toplasın. Azərbaycanın verdiyi şəhidlər və onun müstəqilliyi hər şeydən üstündür. Sonsuza qədər iki dövlət, bir millətin qardaşlığı yaşayacaq. Türkiyənin sərhədləri daxilində yaşayan bütün vətəndaşların ürəyi Azərbaycanla atır. Azərbaycanda birinin barmağı qanayanda bizim ürəyimiz qanayır. Türkiyə-Azərbaycan qardaşlığını Böyük Millət Məclisinin bir parlamentarisi kimi ifadə etməkdən qürur duyuram”.
Zümrüd Kərimova
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi












.jpg)


















.jpg)

.jpg)
