Nida Xəbər
Növbəti düşmən təxribatı: Mesencerlə...
Ermənistan bu dəfə Feysbuk Mesencer üzərindən təxribatlarını davam etdirir. Belə ki, guya türkiyəli əsgərlərin Qarabağ müharibəsində Azərbaycan tərəfində vuruşduğunu təsdiqləmək məqsədilə Azərbaycandan olan istifadəçilərə Mesencer vasitəsilə türk dilində səs yazıları göndərilir, eləcə də videozənglər edilir. Bu zəngləri edən şəxslər özlərini Türkiyə vətəndaşı kimi qələmə verir və qarşı tərəfdən informasiya əldə etməyə çalışırlar.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Publika.az-a verilən məlumata görə, nazirlik yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan xahiş edir ki, hazırkı dövrdə tanımadıqları şəxslərdən gələn mesaj və zənglərə cavab verməsinlər. Məlumatların düzgünlüyünü rəsmi mənbələrdən yoxlasınlar.
Həmçinin hər hansı kiberinsidentlə üzləşdiyinizdə və ya metodiki dəstəyə ehtiyacınız olduqda, www.cert.az saytı və ya [email protected] e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edin.
Xahiş edirik ki, baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini (screenshot) və digər elektron sübutları saxlayın və bizə göndərin.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
