Nida Xəbər
Ermənistanın atəşləri nəticəsində mülki obyektlərdə yanğınlar olub
Ermənistan silahlı qüvvələri bu gün saat 12.00-a qədər Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Publika.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin atdığı mərmilər Tərtər rayonunda dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzillərin birində və binanın dam örtüyündə yanğına səbəb olub. Əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğının qarşısı alınaraq mənzilin bir hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Bundan başqa, düşmənin atdığı mərmilər Tərtər rayonunda iki ünvanda və Ağdam rayonunda bir ünvanda vətəndaşlara məxsus təsərrüfat obyektlərində yanğın törədib. Yanğınsöndürmə qüvvələri tərəfindən obyektlərin bir hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi








.jpg)

.jpg)

























