Nida Xəbər
Cavad xanın nəslinin davamçısından Ermənistana SƏRT ÇAĞIRIŞ
Gəncə xanı Cavad xanın nəslinin hazırda Malayziyada yaşayan davamçısı, tanınmış beyin cərrahı Kazım Cavadxanlı Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi hərbi təcavüzkarlığı, o cümlədən Gəncə şəhərinə raket hücumlarını kəskin şəkildə pisləyib.
Publika.az xəbər verir ki, Azərbaycanın Malayziyadakı səfirliyi ilə telefon əlaqəsi saxlayan soydaşımız müxtəlif yerli və beynəlxalq KİV-lərdə Ermənistanın Gəncədə törətdiyi qanlı hadisələr barədə gördüyü süjetlərdən dəhşətə gəldiyini, Ermənistanın siyasi-hərbi rəhbərliyinin əməllərinin birmənalı olaraq müharibə cinayəti olduğunu bildirib. K.Cavadxanlı deyib: “Görünür, Ermənistan rəhbərliyi beynəlxalq hüquqla yanaşı, tarixi həqiqətlərə də məhəl qoymur. Azərbaycan xalqının, rəşadətli Azərbaycan igidlərinin tarixdəki bənzərsiz şücaətlərini nə tez belə unudublar? Şanlı keçmişimizdən bilirik ki, Azərbaycan xalqının dostluğu nə qədər möhkəm, qonaqpərvərliyi nə qədər mehribandırsa, qəzəbi də o qədər şiddətlidir. Bir neçə gün bundan əvvəl Gəncədə olduğu kimi, günahsız körpələri, qocaları, qadınları gecə yarısı amansızcasına qətlə yetirmək dünyanın hər bir ölkəsində lənətlə qarşılanır. Ermənistan rəhbərliyi gec-tez bütün bunların cavabını verəcək.
Bu ağır günlərdə Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin uzaqgörən və məğrur siyasəti nəticəsində Azərbaycan əsgərinin cəbhədə ard-arda uğurlar qazanması yaralarımıza məlhəm kimi gəlir. Sevinirik, qürur duyuruq. Mən bütün soydaşlarmıza ən qısa zamanda mütləq qəlbə arzulayıram. Əminəm ki, o qələbə uzaqda deyil”.
K.Cavadxanlı, həmçinin Ermənistanın hərbi təxribatları zamanı həlak olan soydaşlarımızın yaxınlarına başsağlığının, eləcə də yaralılara şəfa diləyinin çatdırılmasını xahiş edib.
Ölkəmizin Malayziyadakı səfiri Qaley Allahverdiyev K.Cavadxanlıya təşəkkür edib, bu gün yaşadığı yerdən asılı olmayaraq dünyadakı soydaşlarımızın bir amal, bir qayə uğrunda birləşərək Vətən müharibəsində Azərbaycana verdiyi hər bir dəstəyin önəmli olduğunu bildirib.
-
Nida Xəbər 14:30
ABŞ-ın “təyyarəni Rusiya vurub” ittihamına Kreml belə cavab verdi
-
Nida Xəbər 12:27
MEDİA saytlara dəstək layihəsinin qaliblərini açıqladı
-
Sosial11:50
Prezident büdcəni təsdiq etdi: Maaş, müavinət və təqaüdlərə nə qədər pul ayrılacaq?
-
Rəsmi xronika11:36
Prezident xüsusi təyinatlı nəqliyyat vasitələrinə baxdı - YENİLƏNDİ / FOTO
-
Dünya11:32
İnanılmaz: Kurskda döyüşən Şimali Koreya əsgərləri əsir düşməmək üçün görün nə edirlər
-
Yaxın Şərq11:28
“Mossad” Suriyada əməliyyata hazırlaşır - Məşhur casusun nəşini və...
-
Sosial11:00
Pilotun uçuşdan bir gün əvvəl anasına yazdığı mesaj... - VİDEO
-
Ekologiya10:05
Yağış, qar və külək... - FAKTİKİ HAVA