Nida Xəbər
“Azərbaycan Prezidentinə böyük inam var” - ŞƏRH
“Azərbaycan cəmiyyətində uzun illərdir ki, hakimiyyətlə xalq arasında bir həmrəylik mövcuddur. Bu gün cəmiyyətimizin əldə etdiyi tərəqqinin, nailiyyətlərinin əsasında da məhz bu birlik dayanır”.
Bu fikirləri Publika.az-a açıqlamasında deputat Sevil Mikayılova deyib.
S.Mikayılovanın sözlərinə görə, bu gün Azərbaycan ordusunun işğal altında olan torpaqlarımızı azad etməsi, həm orduya, həm dövlətə olan bu inam illərdir formalaşmış dövlət-xalq birliyinin üzərində qurulub: “Azərbaycan Ordusu torpaqlarımızın azad olunması üçün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında çox böyük şücaət göstərir, mükəmməl döyüş əməliyyatları apararaq, hərbi taktika nümayiş etdirir və bu da Azərbaycan xalqı tərəfindən çox böyük qürurla, ruh yüksəkliyi ilə qarşılanır”.
“Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, Azərbaycan xalqının inamına, dəstəyinə arxalanır və xalqımız da cənab Prezident İlham Əliyevə böyük etimad göstərir. Azərbaycan Ordusu Ali Baş Komandanın birbaşa rəbhərliyi altında uzun illərdir erməni işğalında qalan torpaqlarımızı azad edir”,-deputat əlavə edib.
S.Mikayılovanın fikrincə, dövlət və xalq arasında belə bir inam olmasaydı, hanısa nailiyyətdən, qələbədən söhbət gedə bilməzdi: “Bugünkü uğurlarımızın əsasında xalqın dövlətinə olan inamı dayanır. Azərbaycan Prezidenti cəmiyyətın böyük dəstəyini və inamını qazanıb. Bu, bir gündə qazanılmış inam deyil. Bu inam və etimad illər ərzində formalaşıb. Azərbaycan Prezidentinin söylədiyi hər bir bəyanatının, xalqın qarşısındakı çıxışının arxasında əməli addımlar dayanır. Əlbəttə ki, bu, Azərbaycan cəmiyyətində olan inamı daha da artırır. Azərbaycan vətəndaşında artıq çoxdan formalaşmış bir inam var ki, Prezidentin söylədiyi hər bir fikir əməli addımlara söykənir”.
S.Mikayılova nəzərə çatdırıb ki, Azərbaycan dövlətinin apardığı siyasətin mərkəzində milli maraqlar dayanır: “Azərbaycan Prezdenti dəfələrlə bəyan edib ki, O, hər bir vətəndaşın Prezidentidir. Dəfələrlə həm beynəlxalq təşkilatlar tərəfindən, həm də ölkə daxilində keçirilmiş sosial rəy sorğularında Azərbaycan Prezidentinin ölkə daxilində kifayət qədər yüksək reytinqə malik olduğu qeyd olunub”.
Şamo Emin
-
Dünya16:44Daşqın qurbanlarının sayı 700-ə çatır - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
MDB15:40Yeni Buça dəhşəti - 37 ölü, 42 yaralı var(YENİLƏNDİ)
-
İdman15:32Bakıda leysan yağacaq, bölgələrdə dolu düşəcək - XƏBƏRDARLIQ
-
Sağlamlıq15:14Xərçəng hüceyrələrinə ciddi təsir edən bitki növü tapıldı
-
Magazin214:55Ağır xəstə olan Selin Dion iki ildən sonra pərəstişkarları ilə görüşdü - FOTOLAR
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"
-
Ekologiya12:39Sabah bu ərazilərə yağış yağacaq - HAVA PROQNOZU
-
İdman10:22Günün oyunları - AFİŞA






















.jpg)










.jpg)

.jpg)