Nida Xəbər
Ermənistanın törətdiyi hərbi cinayətlər tam təsbitini tapıb
Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi cinayətlər tam təsbitini tapıb.
Publika.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaq yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə, Bərdə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayətlərin istintaqının ilkin nəticələrinə dair keçirilən brifinq zamanı deyib.
Onun sözlərinə görə, erməni tərəfinin mədəni irsin qəsdən məhv edilməsi, qanunsuz məskunlaşma siyasəti beynəlxalq humanitar hüquqa ziddir. Bu qeyri-qanuni əməllər müharibə cinayəti kimi təsnif edilməlidir: “Həmçinin Azərbaycanın işğal olunmuş ərazilərindəki mineral yataqların tükədilməsi və üçüncü tərəfə satılması Ermənistanın həyata keçirdiyi digər bir cinayətdir. İnfrastrukturun dəyişdirilməsi, işğal olunmuş ərazilərdə turizm obyektlərinin tikilməsi və fəaliyyəti də beynəlxalq hüquqa ziddir. Bütün bu qanunsuz əməlləri törədən hüquqi və fiziki şəxslər məsuliyyətə cəlb olunmalıdır. Beynəlxalq İnsan Haqları Məhkəməsi və bu kimi digər beynəlxalq məhkəmələrə müraciət edib Ermənistanın siyasi rəhbərliyinin bu qeyri-qanuni əməllərinə görə məsuliyyətə cəlb olunmasını istəmişik. Baş Prokurorluq faktları araşdırır və hər fakt üçün ayrıca cinayət işi açılır”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
