Nida Xəbər
Ermənilər daha bir şəhərdə təxribata cəhd etdi
Avstraliya-Azərbaycan Assosiasiyası və Güney Azərbaycan Demokratik Birliyinin təşəbbüsü ilə Sidney şəhərində yaşayan azərbaycanlı icması erməni terroruna etiraz olaraq avtomobil yürüşü keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, 100-ə yaxın avtomobilin iştirakı ilə keçirilən avtoyürüş Oubern qəsəbəsinin Road Station küçəsindən start götürüb, mərkəzi küçələrlə dairəvi hərəkət etdikdən sonra həmin ünvanda başa çatıb.
Üzərində üçrəngli Azərbaycan bayraqları və “Qarabağ Azərbaycandır” şüarı asılan avtomobillərdə hərəkət edən yürüş iştirakçıları yerli ictimaiyyətin diqqətini cəbhə xəttindən uzaqda yerləşən Gəncə və Bərdə şəhərlərinin, eləcə də digər yaşayış məntəqələrinin dinc əhalisinin Ermənistan tərəfindən ağır artilleriya atəşinə tutulmasına çəkiblər. Həmvətənlərimiz Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı istifadəsi qadağan olunan kasetli bombalar vasitəsi ilə Bərdə şəhərində törətdiyi terror aktının nəinki beynəlxalq hüquqa zidd addım, eyni zamanda insanlığa qarşı yönəlmiş cinayət olduğunu vurğulayıblar. Güclü yağışa və erməni əsilli şəxslərin yürüş iştirakçılarına mane olmaq cəhdlərinə baxmayaraq, yürüş insidentsiz başa çatıb.
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Nida Xəbər 18:24Azərbaycana qarşı qarayaxma kampaniyası aparan Oktay Saral sabah istefa verəcək
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO








.png)
.jpg)

.jpg)
















_(1).jpg)









