Nida Xəbər
Prezident TVİT ATDI
Biz nəinki öz torpaqlarımızı düşməndən azad edirik, region üçün böyük təhlükə mənbəyi olan erməni faşizminin də qarşısını alırıq.
Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev öz Twitter hesabında yazıb.
Ali Baş Komandan sözlərinə belə davam edib: “Biz hesab edirik ki, münaqişənin hərbi həlli siyasi müstəviyə keçməlidir və biz buna hazırıq. Ümid edirəm ki, Ermənistanın acı məğlubiyyəti onları vadar edəcək ki, onlar çox ciddi düşünərək bu qərara gəlsinlər. Ancaq biz bunun əksini görürük.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dəstəyi türkdilli ölkələr arasındakı birliyin, həmrəyliyin təzahürüdür. Qoşulmama Hərəkatının da Azərbaycana böyük dəstəyi olmuşdur. Bu həmin təşkilatlarda cəmləşən ölkələrin Azərbaycana olan münasibətinin göstəricisidir.
Son bir ayda dünyada səslənən hər fikrə, hər mövqeyə Azərbaycan xalqı çox böyük həssaslıqla yanaşır. İlk günlərdən qardaş ölkələrdən bu dəstəyi görmək böyük mənəvi güc verir, bizim birliyimizi sözdə deyil, əməldə göstərir. Azərbaycan xalqı bunu layiqincə qiymətləndirəcək”.

-
MDB14:30Rusiya: 1 günə 70 bina ələ keçirmişik
-
MDB14:03Ramzan Kadırova ordu generalı paqonları təqdim edildi
-
MDB13:50Rusiya Xarkovda daha bir kəndi zəbt etdi
-
MDB13:25Məşhur sovet psixoterapevti vəfat etdi
-
Ekologiya13:20Bakıda betonun üstündə yaşıllıq axtarışı: Plan baş tutacaq?
-
Nida Xəbər 12:55Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi
-
Ekologiya12:47Bakıya yağış yağacaq - HAVA PROQNOZU
-
Ekologiya11:40Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağdı - FAKTİKİ HAVA








.jpg)


























.jpg)
