Nida Xəbər
Post-konflikt quruculuğu tam gücü ilə aparılacaq - Vüsal Qasımlı
"Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan iqtisadi üstünlüyünü hərbi gücə, hərbi qələbəsini isə siyasi uğura çevirməyi bacardı".
Publika.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, bunu qurumun icraçı direktoru Vüsal Qasımlı deyib.
"Vətən müharibəsində Azərbaycan dünya döyüş tarixində yeniliklər etməklə yanaşı, həm də dünyada ilk dəfə olaraq onlayn qələbə aktına imza atdı. Ermənistan isə dünyada ilk dəfə onlayn kapitulyasiya edən ölkə oldu. Cənab İlham Əliyevin prezidentliyinin ilk ilində müdafiə büdcəsi cəmi 0,9 milyard manat olduğu halda, 2020-ci ildə bu göstərici 3,9 milyard manata yüksəlmişdi, Azərbaycan Ordusu dünyanın ən döyüş qabiliyyətli ordularından birinə çevrilmişdi. Azərbaycanın Ali Baş Komandanı qələbə aktına imza atmaqla ölkəmizi regionda gücün bütün parametrləri – iqtisadi, siyasi və hərbi cəhətdən liderliyini bir daha təsdiqləmiş oldu. Azərbaycan regionun geopolitikasını və geoiqtisadiyyatını yenidən şəkilləndirir. Resurs müharibəsinə tab gətirə bilməyəcəyi əvvəlcədən proqnozlaşdırılan Ermənistana dəyən ziyanı isə bağlamaq üçün bu ölkəyə onilliklər lazım olacaq.
Azərbaycan regionun geopolitik mənzərəsini dəyişmək üçün quru, su və hava üstünlüyünə malikdir. ABŞ, Yaponiya və Fransanın dəniz doktrinasının nəzəri əsaslarını yaradan Mahan dəniz gücünün vacibliyini qeyd edirdi. Azərbaycan dəniz donanması, dənizdə neft-qaz hasilatı, dəniz infrastrukturu, Xəzərdə ən böyük limanı və Xüsusi İqtisadi Zonası ilə dəniz gücünü təsbit edib. Mackinder isə hesab edirdi ki, gücün mənbəyi qurudadır. Bu mənada Azərbaycanın Cənubi Qafqazda ərazisinin yarısına yaxınına, əhali və iqtisadiyyatın isə 2/3-ə qədərinə malik olması ölkənin quru gücünü göstərir. Hazırda Xəzər dənizi də nəzərə alınmaqla 160 min kvadrat kilometrdən artıq hava məkanına və 20 beynəlxalq hava dəhlizinə nəzarət edən Azərbaycan Cənubi Qafqazda ən böyük mülki hava infrastrukturuna, ən böyük təyyarə parkına, ən çox sayda süni peykə sahib olan ölkə kimi Vətən müharibəsində hərbi hava qüvvələrinin üstünlüyünü nümayiş etdirdi. Beləliklə, Azərbaycanın regional liderliyi hava-su-quru istiqamətlərdə komplektləşir.
Qələbə aktına əsasən bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Bu imkan verəcək ki, Azərbaycan regional nəqliyyat-logisitika qovşağı kimi mövqelərini daha da gücləndirsin və şaxələndirməni həyata keçirsin. Başqa tərəfdən isə Azərbaycanın qərb rayonları və Naxçıvan arasında yeni nəqliyyat kommunikasiyalarının inşası Naxçıvanın inkişafını daha da sürətləndirəcək. Ən əsası odur ki, Azərbaycan Naxçıvan üzərindən Türkiyə ilə birbaşa əlaqə yaradacaq.
Qələbə aktina əsasən işğaldan azad olunacaq Kəlbəcər, Laçın və Ağdam rayonlarının torpaq, meşə, su, yeraltı sərvətləri və digər resursları Azərbaycanın iqtisadi dövriyyəsinə cəlb olunacaq. Artıq Azərbaycanın inzibati-ərazi bölgüsü və iqtisadi rayonlar üzrə bölgüsü əvvəllər işğal altında olan ərazilərdə də praktik tətbiq olunacaq. Azərbaycan post-konflikt dövrünün hazırlığına başlayır, “Böyük qayıdış”a uyğun olaraq kommunikasiyaların bərpası, iqtisadiyyatın qurulması, yaşayışın təmin edilməsi və həyatın canlandırılması baş verəcəkdir. Post-konflikt dövründə Azərbaycanda sənaye, aqrar və xidmət sahələrinin inkişafı həm yeni resursların cəlb edilməsi, həm də səmərəliliyin artırılması hesabına təmin olunacaqdır.
Ali Baş Komandan və ordumuzun qələbəsi Azərbaycanda xalq-dövlət-ordu birliyini keyfiyyətcə yeni mərhələyə qaldırdı. Prezident İlham Əliyevin ətrafında yaranan milli həmrəylik islahatların kompleks şəkildə davam etdirilməsinə zəmindir: Bu bölgədə Azərbaycan daim güclü olmalıdır. Buna görə də üç güc - iqtisadiyyat, ordu və siyasət – bir yerdə olmalıdır”, - deyə o, qeyd edib.
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var