Nida Xəbər
Ermənilərə əvvəllər təklif edilən ən yüksək status anlayışı tarixə qovuşdu - Əsgərov
“Noyabrın 10-da ölkəmizin tarixində yeni səhifə açıldı”.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Komitə sədri bildirib ki, 30 il ərzində ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi cəhətdən güclənməsi, beynəlxalq platformalarda ərazi bütövlüyümüzü dəstəkləyən sənədlərin qəbul edilməsi bu gün qələbəmizi şərtləndirdi: “Azərbaycan son 200 ildə müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyümüzü bərpa edərək çıxdı. Azərbaycan bütün dünyaya sübut etdi ki, beynəlxalq hüququn prinsiplərinə əməl etməklə müharibəni aparır. Ermənistana əvvəllər təklif edilən və qəbul edilməyən ən yüksək status anlayışı tarixə qovuşdu. Keçən əsrin əvvəllərində dövlət müstəqilliyimizi ilk tanıyan dövlət olan qardaş Türkiyə bizə bu haqlı savaşımızda dəstək oldu. “Bir millət, iki dövlət” artıq sadəcə şüar deyil”.
-
Hadisə18:40Şəkidə kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…

































.jpg)
.jpg)

