Nida Xəbər
Seyid Camal Əzimbəyli Ərdoğana məktub göndərdi
Qarabağ Seyyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli və “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.
Publika.az-ın xəbərinə görə, məktubda deyilir:

"Uca Allahın adı ilə!
Cənab Prezidentimiz, təmsil etdiyimiz Azərbaycan Əhli-Beyt mənsubları adına zati-alinizi salamlamaqdan şərəf duyuruq. Hörmətli Prezidentimiz, Azərbaycanın tarixi günündə, işğal altında olan Qarabağ torpaqlarının azadlığı mücadiləsində qardaş Türkiyəmizin, xüsusi olaraq zati-alinizin xalqımıza və dövlətimizə verdiyiniz mənəvi-siyasi dəstəyiniz Azərbaycanın müqəddəs Seyyid Ocaqları olaraq bizləri çox sevindirir. İlahi zəfərimizin qazanılmasında Ali Baş Komandınımız İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun haqlı savaşına beynalxalq arenada, eləcə də Cənubi Qafqaz regionunda göstərdiyiniz siyasi iradə heç zaman qədirbilən Azərbaycan xalqı tərəfindən unudulmayacaqdır.
Azərbaycanın şərəfli və ən ağır günlərində zati-alinizin timsalında Türkiyə dövlətinin və xalqının göstərdiyi dəstək ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını bir daha təsdiqləmiş oldu.
Cənab Rəcəb Tayyib Ərdoğan, dünya lideri və əsl İslam təəssübkeşi olaraq Azərbaycanın haqlı davasına verdiyiniz dəstək qiyamətə qədər heç bir zaman yaddaşlarımızdan silinməyəcək. Əsrlərdir Azərbaycan xalqının and yerinə çevrilən Əhli-Beyt mənsublarının hər biri zati-alinizə, qardaş Türkiyəmizə öz dərin sevgi və təşəkkürlərini bildiməkdən şərəf duyur. Müqəddəs şəhidlərimizin mübarək ruhları hər an şəfahətçiniz olsun!
Allah, zati-alinizi Türk-İslam Dünyasının lideri olaraq müsəlman aləminə ən böyük lütf edib. Siz, bunu öz əməlinizlə hər zaman təsdiq etmisiniz.
Allah-Təala bu şərəfli və çətin yolda hər zaman yar və yardımçınız olsun!
Dərin ehtiram və sevgimizlə, Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli
“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli"
-
Hadisə16:45Yataqxanada meyiti tapılan tələbə ilə bağlı ATU-dan açıqlama
-
Səhiyyə16:31Azərbaycanda gənc həkimin qəfl ölüm səbəbi bilindi - FOTO
-
Avropa15:54Rusiyanın "kölgə donanması"na qarşı əməliyyat: Gəmiyə desantla basqın edildi
-
Sağlamlıq14:42Saçlarının yarısı daraqda qaldı: Xərçəngin fəsadını belə göstərdi - VİDEO
-
ABŞ14:06The Wall Street Journal: "İranın 2500-ə qədər raketi var"
-
İqtisadi gündəm13:48Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
-
Magazin213:33Can Yamana nə olub? - FOTOLAR
-
Ekologiya12:51Bakıda yağış, rayonlarda isə qar yağacaq - HAVA PROQNOZU












.png)







.png)
















