Nida Xəbər
Qarabağın azərbaycanlı icması: İlham Əliyevə Milli Qəhrəman adı verilməlidir
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının İdarə Heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi haqqında müraciət edib.
Publika.az xəbər verir ki, müraciətdə deyilir:
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi illər ərzində xalqımızın rifahı naminə və vətənimizin tərəqqisi üçün yorulmadan çalışmışdır. Onun rəhbərliyi altında ölkəmiz nəinki regionda, eləcə də qlobal səviyyədə böyük nüfuza malik dövlətlər sırasına daxil olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə nəticələnmiş şanlı qələbəmizin əldə edilməsindəki roluna və vətənimizin tərəqqisi naminə misilsiz xidmətlərinə görə möhtərəm Prezident cənab İlham Əliyevə Azərbaycanın Milli Qəhrəmanı adının verilməsini arzu edirik.
Xalq-Prezident-Ordu birliyindən irəli gələn dövlətimizin gücünə 44 günlük Vətən müharibəsi dövründə bütün dünya şahid oldu. Bu dönəm ərzində Prezident cənab İlham Əliyev qalib ordunun müzəffər Ali Baş Komandanı kimi döyüş meydanında uğurlu hərbi əməliyyata rəhbərlik etdi, mahir diplomat kimi Azərbaycan xalqının haqlı mövqeyini beynəlxalq təzyiqlərə rəğmən uğurla müdafiə etdi və informasiya müharibəsində yorulmadan mübarizə aparıb düşmənlərimizin qarayaxma kampaniyalarını qətiyyətlə ifşa etdi.
Azərbaycan tarixinə adı qızıl hərflərlə yazılmış müzəffər Ali Baş Komandan xalqın qəlbində artıq Azərbaycanın Milli Qəhrəmanına çevrilib. Bu adın cənab Prezidentə rəsmi şəkildə təqdim edilməsini ürəkdən arzu edirik".
Qeyd edək ki, müraciəti Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvləri imzalayıblar.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
