Nida Xəbər
GUAM XİN başçıları Şurasının iclası oldu
Bu gün Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM-ın Xarici İşlər Nazirləri Şurasının növbəti 36-cı iclası keçirilib.
Xarici İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi ilə keçən iclasda Gürcüstan xarici işlər naziri David Zalkaliani, Moldova xarici işlər və Avropaya inteqrasiya naziri Aureliu Çokoy və Ukrayna xarici işlər nazirinin müavini Vasil Bodnar iştirak ediblər.
İclasda 2020-ci il ərzində GUAM çərçivəsində əməkdaşlığın qiymətləndirilməsi, gələcək illər üçün təklif və tövsiyələr müzakirə olunub.
İclas zamanı, həmçinin təşkilatın Baş katibi, eləcə də üzv ölkələr Azərbaycanın uzun illərdir ki, işğal altında olan ərazilərinin azad edilməsi məsələsinə toxunaraq, bu xüsusda beynəlxalq hüququn norma və prinsiplərinin, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətin təmin edilməsinin vacibliyini vurğuladılar.
İclasın yekununda hazırkı iclasın Protokolu və 4 qərar (sahəvi işçi qruplarına əlaqələndirici ölkələrin təsdiqi; kommunikasiya strategiyası və bəyanat və bəyannamələrin hazırlanma qaydaları; 2021-ci il üçün büdcənin təsdiqi; sədrliyin Gürcüstana təhvil verilməsi) qəbul olunub.
İclasın sonunda növbəti il üzrə təşkilata sədrlik Gürcüstana təhvil verilib.
-
Hadisə18:40Şəkidə kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…

































.jpg)
.jpg)

