“İMZA”çılar Gəncədə olub - FOTO
Bizi izləyin

Nida Xəbər

“İMZA”çılar Gəncədə olub - FOTO

“İlhamla Mehribanla Zirvələrə Azərbaycan” Sosial İnkişafa Dəstək İctimai Birliyinin rəhbərliyi və kollektivinin bir qrup üzvü Gəncə şəhərində səfərdə olub.

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Beynəlxalq və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnar Məmmədlinin Publika.az-a verdiyi məlumata görə, təşkilatın sədri Xəyyam Əsgərovun başçılıq etdiyi nümayəndələrin Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə səfərinin əsas məqsədi vətən müharibəsinin gedişində mənfur düşmənin xain hücumlarına məruz qalmış tarixi və qəhrəman şəhərimizin erməni terrorundan əziyyət çəkmiş sakinləri, o cümlədən də şəhid və qazi ailələri ilə görüşmək, terror hücumlarına uğramış yerləri ziyarət etmək, ictimai birliyin fəaliyyəti ilə onları tanış etmək olub. Cavad xan yurduna səfər Ulu Öndərimiz Heydər Əliyevin abidəsini ziyarət etməklə başlayıb. Sonra “İMZA”çılar Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyevin, YAP Gənclər Birliyinin, həmçinin İctimai Birliyin Qərb regional nümayəndəliyinin təmsilçiləri, “İMZA” könüllüləri ilə birgə terror dövləti olan Ermənistanın 44 günlük vətən savaşında viranə qoyduğu binaların dağıntıları dağıntıları qarşısına gələrək burada vandalizmin qurbanı olmuş əziz şəhidlərimizin xatirəsini yad ediblər.

Çıxışlarda bildirilib ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin iradəsi, cəbhədə Azərbaycan əsgərinin qəhrəmanlığı, vətən uğrunda apardığı ölüm-dirim savaşının qarşısında əzilən, beli qırılan aciz və xain düşmən Gəncə, Tərtər, Bərdə, Mingəçevir, digər şəhər və rayonlarımızda yaşayan mülki əhalini hədəfə almışdı. O günlərdə erməni terroru yeni qanlı cinayətləriylə bir daha öz alçaq simasını bütün bəşəriyyətə göstərdi. Dincə azərbaycanlılara roketlərlərlə, o cümlədən qadağan olunmuş silahlarla vəhşi hücumlar beynəlxalq qanunlara, humanist prinsiplərə zidd olan ümumbəşəri qanlı cinayət idi. Terror mahiyyətli Ermənistan dövləti və onun cinayətkar hərbi-siyasi rejimi elə düşünürdü ki, belə alçaq, ermənilərə məxsus iyrənc, tarixi üsul və metodlarla Azərbaycan xalqını qorxudaraq müharibənin gedişinə və beləliklə də onun nəticələrinə təsir edə biləcək. Amma düşmənin bütün planları alt-üst oldu. Liderimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin dəmir yumruğu, əsgər və zabitlərimizin misilsiz şücaəti, qəhrəmanlığı, vətən sevgisi, əziz şəhidlərimizin qanı və canı hesabına biz böyük qələbəyə imza atdıq. Necə deyərlər, tarixin gedişini öz haqlı davamızın xeyrinə dəyişdirdik. Azərbaycan dövlətinin və millətinin nüfuzu, hörməti əsgərimizin süngüsünün qüdrəti, dövlətimizin çox güclü diplomatik-siyasi addımları, qələbələri nəticəsində erməni ideoloji-hərbi-siyasi aparatı tam fiaskoya uğradı. Düşmən kapitulyasiya etdi. Mühairbə artıq bitib. Ancaq nə tarix, nə Azərbaycan xalqı, nə də mütərəqqi bəşəriyyət xəstə ideologiyaya əsaslanan erməni vandalizminin 44 günlük vətən savaşında dinc şəhərlərimizdə törətdiyi o vəhşi insanlıq əleyhinə olan cinayətləri heç vaxt unutmayacaq. Heç şübhəsiz ki, canilər mütləq beynəlxalq məhkəmələrdə cavab verəcəklər, cəzalarını alacaqlar. Çıxış edən “İMZA”çılar bildiriblər ki, müharibə ərəfəsində və 44 günlük vətən savaşında biz həm də mənəvi sınaqlardan keçdik. Hamımız çox yaxşı xatırlayırıq, o ağır və şərəfli günlərdə ölkəmizin Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva dünya azərbaycanlılarına müraciət etdi. Mehriban xanım Azərbaycan tarixinə həqiqi mənada böyük hərflərlə yazılan bu sözləri dedi: “Bəli, düşmən öz mənfur simasını göstərir. Dinc insanlarımıza qarşı terror və şiddət tətbiq edir. Amma bütün hallarda biz onlara bənzəməməliyik!”. Mehriban xanımın bu sözləri mübaliğəsiz olaraq təkcə müasir Azərbaycan insanının davranış, etik və “milli kimlik” pasportunu ehtiva edən kəlamlar deyildi, bu həm də gələcək nəsillərimizin “milli kimlik” məfkurəsinin formalaşmasında, püxtələşməsində də mühüm yeri olacaq kəlamlardır. Əslində bu yanaşma həm də bizim üçün milli-etik davranış kodeksimizin mühafizəkar milli dəyər olaraq dəyişməzliyinə həssas münasibətimizin ifadəsidir. Yəni, heç bir ekstremal vəziyyət, xain hücum və hətta terror köklü, zəngin dəyərləri, keçmişi, tarixi olan millət kimi bizim mahiyyətimizi dəyişdirmək iqtidarında deyil və ola da bilməz. Bəli, son müharibə, onun gedişində, hadisələrin ən müxtəlif və çətin məcralarda cərəyan etdiyi vaxtlarda bizim dövlət və millət olaraq göstərdiyimiz rəşadət, səbr və səbat şərəf və qeyrət rəmzimizə çevrildi. Bu həm də dövlətimizin və xalqımızın gələcəyinə işıq tutacaq müasir Azərbaycan tarixinin mahiyyətcə yeni dövrünün başlanğıcı oldu. Bu baxımdan “İlhamla Mehribanla Zirvələrə Azərbaycan” Sosial İnkişafa Dəstək İctimai Birliyi Azərbaycanda və ölkəmizdən kənarda həyata keçirməyi planlaşdırdığı layihələri ilə yeni tariximizdə dövlətimizə və xalqımıza öz töhfələrini vermək niyyətindədir. Təşkilatın haqqında bəhs etdiyimiz planları içərisində, yəni, gələcək fəaliyyət strategiyasında heç şübhəsiz ki, Gəncə şəhəri daxil olmaqla qərb bölgələrimizdə mühüm işlər görmək, vacib layihələri həyata keçirmək xüsusi yer tutur. “İMZA” Regional İnkişafa Dəstək İctimai Birliyinin sədr müavini Günel Məmmədhəsənova, xalq artisti Tünzalə Ağayeva və digərləri çıxışlarında bildirdilər ki, bu layihələr uğurla reallaşdırılacaq.

Sonra vətən uğrunda canlarından keçmiş əziz şəhidlərimizin uyuduğu müqəddəs məkan olan Şəhidlər xiyabanı ziyarət olundu. Qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və onların məzarları üzərinə gül-çiçək dəstələri düzüldü.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm