Nida Xəbər
İlham Əliyevin mətbuat konfransı xarici ölkələrin mediasında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı xarici ölkələrin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
Publika.az xəbər verir ki, xarici KİV-lər dörd saatdan çox davam etmiş mətbuat konfransında Prezident İlham Əliyevin jurnalistlərin suallarını ətraflı şəkildə cavablandırdığını, vacib məsələlərə toxunduğunu, bir sıra önəmli mesajlar verdiyini qeyd ediblər.
Türkiyənin “Anadolu”, İHA, “Sputnik Türkiye” xəbər agentliklərində, “Haberler” portalında, “TRT Haber”, “Haber Türk”, “CNN” “Haber Global”, “A Haber”, “NTV” telekanallarında, “Yeni şafak”, “Hurriyet”, “Posta”, “Milliyet”, “Sabah” qəzetlərində yayılmış məlumatlar “Azərbaycan Prezidenti Əliyev: Azərbaycanda türk Ordusunun kiçik modelini quracağıq”, “Əliyevdən Ordumuza böyük qiymət: Azərbaycanda türk ordusunun kiçik modelini quracağıq”, “Azərbaycan Prezidenti Əliyevdən Ermənistandakı hərbi çevriliş cəhdi haqqında açıqlama”, “Azərbaycan Prezidenti İlham Əliyev: Türk Ordusu bizim üçün ən məqbul modeldir”, “Ərdoğan və Əliyevdən Ermənistana mesaj”, “Azərbaycan Prezidenti Əliyevdən mühüm açıqlamalar” və s. sərlövhələrlə təqdim edilib.
Rusiyanın “TASS”, “Ria Novosti”, “İnterfaks”, “Vestnik Kavkaza”, “Regnum” agentlikləri, “RBK”, “RT”, “Vesti”, “360” telekanalları, “Arqumentı i faktı”, “Nezavisimaya qazeta”, “Kommersant”, “İzvestiya”, “Rossiyskaya qazeta”, “Vzqlyad” qəzetləri, “Life”, “Lenta” saytları Prezident İlham Əliyevin İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış vəziyyət, işğaldan azad edilmiş ərazilərdə görülən quruculuq işləri, Azərbaycanda vaksinasiya prosesi, üçtərəfli Bəyanatın icrası barədə fikirlərini geniş şərh ediblər.
Rumıniyanın “Ultima Ora” (Son saat) qəzeti və “News24hours” xəbər portalı, Yunanıstanın “Real Group Media” şirkəti, Ukraynanın “Obozrevatel”, “Podrobnosti”, “Stopcor”, “Baqnet”, “Tsn”, “Dialog”, “Korrespondent”, “Polemika” xəbər portalları Azərbaycan Prezidentinin mətbuat konfransının dünya ictimaiyyətinə önəmli mesajların çatdırılması baxımından mühüm rol oynadığını qeyd ediblər. Materiallarda bildirilir ki, Prezident İlham Əliyev mətbuat konfransında müxtəlif regional məsələlərlə bağlı jurnalistlərin suallarını 4 dildə dəqiq, səlis və məntiqli cavablandırıb. Azərbaycan Prezidentinin güclü və xarizmatik dövlət başçısı və qətiyyətli lider olduğu vurğulanıb.
Çinin milli xəbər agentliyi Sinxua, Çin Mərkəzi Televiziyası və digər media orqanları Prezident İlham Əliyevin mətbuat konfransında vaksin mövzusundakı fikirlərinə geniş yer veriblər. Çin KİV-ləri Azərbaycan Prezidentinin mətbuat konfransında çinli tərəfdaşların vaksin təchizatına dair öhdəliklərini yerinə yetirməsi barədə xoş sözlərini də təqdim ediblər.
Livanın “Al-Masdar News” xəbər saytının, İranın “Mehr” xəbər agentliyinin və “Iran Daily” qəzetinin yaydığı informasiyalarda Prezident İlham Əliyevin mətbuat konfransında bölgədəki mövcud vəziyyət, region ölkələrinin əməkdaşlığı ilə bağlı fikirləri əks olunub.
Qırğızıstanın “Goldenbridgenews” və “Turkeltoday” portalları isə Prezident İlham Əliyevin mətbuat konfransının mətnini tam şəkildə yayıblar.
Gürcüstanın “1tv” kanalı, “Pia”, “Kvira” “Imedi News”, “For”, “Report”, “Aktual”, “Interpress”, “Gaxa”, “Marneulifm” saytları dövlətimizin başçısının mətbuat konfransında səsləndirdiyi fikirləri geniş oxucu auditoriyasına çatdırıblar.
-
Nida Təhlil 01:50Tramp ritorikanı dəyişdi - İrana hücum başlanır
-
Qoroskop01:40Günün ulduz falı: Uğurlu qərarlar dövrü başlayır
-
ABŞ00:45İrandakı 50 hərbi hədəf - Trampa siyahı təqdim edildi
-
ABŞ14 Yanvar 22:14ABŞ Azərbaycan vətəndaşları üçün də viza verilişini DAYANDIRIR - YENİLƏNDİ
-
Dünya14 Yanvar 21:25Saatlar qaldı: ABŞ İrana hücum edəcək
-
Nida Xəbər 14 Yanvar 20:48Azərbaycanı ləkələmək istəyən ermənilərin səhifələri aşkarlandı - FOTOLAR
-
Avropa14 Yanvar 20:24Fransada yumurta və kruasan qıtlığı yarandı - Səbəb bu imiş
-
Nida Xəbər 14 Yanvar 20:12Sevinc Osmanqızı və Abid Qafarovun cəzası bəlli oldu















.jpg)


















