Nida Xəbər
Ukraynanın Azərbaycandakı səfiri Gəncədə səfərdədir - FOTO
Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski xanımı ilə birlikdə Gəncəyə səfər edib.
Publika.az-ın xəbərinə görə, səfir Gəncə Şəhər İcra Hakimiyyətinin başçıcı Niyazi Bayramovla görüşüb.
Görüşdən əvvəl xarici diplomat ulu öndər Heydər Əliyevin Gəncənin baş meydanında ucaldılan abidəsini ziyarət edib, önünə çiçəklər düzüb. Görüşdə iki ölkə arasında mövcud olan iqtisadi, siyasi və mədəni əlaqələrdən söhbət açılıb, bu əlaqələrin regionlar arasında da qurulmasının əhəmiyyəti qeyd olunub.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncənin iqtisadi potensialı, tarixi, mədəniyyəti haqqında qonağa ətraflı məlumat verib. O bildirib ki, Gəncə Azərbaycanın ikinci böyük sənaye şəhəri olmaqla yanaşı, həm də təhsil və mədəniyyət beşiyidir. Azərbaycanın yeganə aqrar universitetinin məhz Nizami yurdunda yerləşdiyini bildirən şəhər rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının yeganə regional bölməsinin də məhz Gəncədə yerləşdiyini diqqətə çatdırıb.
Vladislav Kanevski regionlara ilk səfərinin Gəncədən başladığını və bu qədim şəhər haqqında ətraflı məlumata malik olduğunu bildirib. O qeyd edib ki, səfərinin əsas məqsədi Ukrayna ilə Azərbaycan arasında olan əməkdaşlıq əlaqələrin regionlar səviyyəsində inkişaf etdirilməsinə nail olmaqdır.
Səfir Odessa ilə Gəncə arasında qurulan əlaqələrin “qardaşlaşmış şəhərlər” səviyyəsinə çatdırılmasının və daha da genişləndirilməsinin önəmindən danışıb. Söhbət zamanı Gəncə və Odessa, habelə Ukraynanın digər şəhərləri ilə iqtisadi, aqrar, təhsil və mədəniyyət sahəsində mövcud əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıqların qurulması istiqamətində razılığa gəlinib.
Görüşdən sonra Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib, mülki əhaliyə yönələn terror aktının səbəb olduğu dağıntı və itkilərlə yerində tanış olub.
Diplomat gün ərzində Gəncənin bir sıra sənaye müəssisələrində də olacaq.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
