Nida Xəbər
SON DƏQİQƏ: Azərbaycanda 4 yüksək vəzifəli şəxs İSTEFA VERDİ - (YENİLƏNDİ)
“Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə genişmiqyaslı islahatlar aparılır. Hazırda ölkəmizin qarşısında yenilənmək, inkişaf etməklə bağlı vəzifələr dayanır. Biz də həmin çağırışlara qoşulmaq üçün bu addımı atmışıq. Burada qeyri-adi heç nə yoxdur”.
Bunu “Report”a açıqlamasında Hesablama Palatasının işdən çıxmaqla bağlı ərizə yazan auditoru Mehriban Alışanova deyib.
“Bizim hər birimizin kifayət qədər iş stajımız var. Biz işdən çıxmaqla gənc nəslə yol veririk. Çünki idarəçiliyi öyrənməyə illər lazımdır. Heç kim bizi eyni vaxtda işdən çıxmaqla bağlı ərizə yazmağa məcbur etməyib. Elə bir söhbət yoxdur”, - o bildirib.
xxx
11:18
Azərbaycan Respublikası Hesablama Palatasının 7 auditorundan 4-ü eyni vaxtda işdən çıxmaqla bağlı ərizə yazıb.
Həmin şəxslər Adil Məhərrəmov, Mehriban Alışanova, Firsənd Qurbanov və Vaqif Həsənovdur.
Xatırladaq ki, Adil Məhərrəmov BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun qardaşıdır. Mehriban Alışanova AzTV-nin sabiq sədri Arif Alışanovun keçmiş həyat yoldaşıdır.
Qeyd edək ki, Adil Məhərrəmov Hesablama Palatası sədrinin müavini vəzifəsində çalışıb. A. Məhərrəmov 2008-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə bu vəzifəyə təyin olunub. (report)
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır








.jpg)

.jpg)



























