Nida Xəbər
“Regionun inkişafı strateji prioritetdir”
Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı, regionun gələcəyinə, inkişaf perspektivlərinə, qonşularla münasibətlərə və digər aktual məsələlərə dair səsləndirdiyi fikirlər ekspertlərin, politoloqların, sosial şəbəkələrin, xüsusilə xarici medianın diqqət mərkəzində oldu.
Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.
O bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika, rəşadətli ordumuzun qüdrəti nəticəsində düşmən tərəfinin 30 il ərzində möhkəmləndirdiyi müdafiə xətləri darmadağın edildi.
Millət vəkili sözlərinə belə davam edib: "Düşmən hərbi resurslarını, canlı qüvvələrini, mövqelərini qoyub qaçdı. Ermənistan silahlı qüvvələrinin qoyub qaçdığı qiymətli atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimət kimi götürülməsi buna əyani sübutdur. Ötən il dekabrın 10-da keçirilən Zəfər paradının ən yaddaqalan məqamlarından və rəmzi kompozisiyalardan biri rəşadətli ordumuzun işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə idi. Hazırda həmin lövhə yeni fəaliyyətə başlayan Hərbi Qənimətlər Parkında da öz əksini tapıb. Bu park çox böyük əhəmiyyət daşıyır. Yetişən gənc nəsil, məktəblilər, tələbələr, ölkəmizə gələn turistlər bu parkı ziyarət etdikcə Ermənistanın məğlub, Azərbaycanın isə Qalib ölkə olduğunun bir daha şahidi olacaqlar. Bir faktı da qeyd edək ki, biz haqq işi uğrunda, ərazimizin beynəlxalq səviyyədə tanındığı ərazi bütövlüyü uğrunda mübarizə aparmışıq. Dövlət başçımızın düzgün müəyyənləşdirdiyi siyasi strategiya sayəsində buna nail olduq. Ümumiyyətlə Azərbaycan müharibə dövründə məsuliyyətli ölkə kimi davranıb. Azərbaycan XXI əsrin müharibəsini aparmaqla yanaşı, mənəviyyat müharibəsi aparırdı. Müharibə zamanı hərbi qulluqçularımız ləyaqətlə, mötədil davranıb və mülki vətəndaşlara zərər yetirmədi. Ermənistan tərəfində mülki əhali arasında 40 nəfərdən az tələfatın olması bunun açıq sübutudur. Ancaq Müharibə zamanı beynəlxalq ictimaiyyət bir daha erməni barbarlığının şahidi olub. Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın aydın göstəricisidir. Çünki həmin ballistik raketin hədəfi var idi. Yaşayış komplekslərinin vurulması təsadüfi deyildi. Bu, gecə vaxtı insanların yatdığı zaman hədəflənmiş hücum idi. Bu, bir dəfə olmadı, bir neçə dəfə baş verdi. Ermənilər günahsız mülki insanları yandırırdılar, öldürürdülər. Bir çox kəndlər erməni barbarlığının qurbanı olub. İkinci Qarabağ müharibəsi zamanı onlar beynəlxalq ictimaiyyətin gözü qarşısında bizim şəhər və kəndlərimizi ballistik raketlərlə bombalayıblar, hər gün artilleriya atəşinə tutublar. Tərtər balaca şəhərdir, ora 16 min bomba atılıb, onlar hətta qəbiristanlıqda olan mərasimə də bomba atıblar. Onlar Bərdəni bombalayıblar. Onlar Naftalanı bomba ataraq beş nəfərlik ailəni qətlə yetiriblər. Müharibənin bütün bu acı həqiqətlərinə baxmayaraq ölkə prezident cənab İlham Əliyevin ADA Universitetində keçirilən konfransda qeyd etdiyi kimi ölkəmiz həmişə konstruktiv mövqedə olub. Çünki regionun inkişafı strateji prioritetdir. İnkişaf üçün Azərbaycan daxilində, eləcə də sərhədlərdən kənarda stabilliyə ehtiyac var. Bizim əsas narahatçılığımızdan biri risklərlə bağlıdır və onları minimallaşdırmaq üçün addımlar atacağıq. Azərbaycanın Qoşulmama Hərəkatında götürdüyü öhdəliklər böyük uğurdur. Bizim regionda əməkdaşlıq yaratmağımız beynəlxalq uğurumuzdur. Buraya Türkiyə-İran, Gürcüstan-Türkiyə, Rusiya-İran üçtərəfli əməkdaşlığı daxildir. Bu stabilliyə töhfədir. Əlbəttə ki, Ermənistan tərəfindən revanş cəhdləri riskləri sıfır olmalıdır".
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO