Nida Xəbər
Tural Gəncəliyev AŞPA-da Ermənistanın mina xəritələrini verməməsindən danışdı
"Məcburi köçkünlər arasında uzun sürən və xroniki xəstəliklərə düçar olan insanlar daha çox olur".
Publika.az xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Tural Gəncəliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında xroniki və uzun sürən xəstəliyi olan insanlara qarşı ayrı-seçkiliyə həsr olunmuş qətnamə layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, Ermənistanın Azərbaycana təcavüzünün daha bir ağır nəticəsi azərbaycanlı məcburi köçkünlər arasında uzun sürən və xroniki xəstəliklərin çox olmasıdır: "Biz pendemiya dövrünü yaşayırıq. Bu böhran vəziyyətdən əsas əziyyət çəkən insanlar məcburi köçkünlərdir. Mənim tanışlarım, dostlarım, valideynlərim, qohumlarım Ermənistanın təcavüzü nəticəsində 30 il bundan əvvəl Dağlıq Qarabağdan qaçqın düşüblər. Məcburi köçkünlərin həyat səviyyələri daha çətin, habelə yaşadıqları mənzillərdə şəraitləri daha çətin olur. Məcburi köçkünlər emosional stresə daha artıq məruz qalırlar. Bütün bunlar da onlalarda xroniki və uzun sürən xəstəliklərin yaranmasına səbəb olur".
T.Gəncəliyev Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə Ermənistan tərəfindən basdırılmış minaların yerini göstərən xəritələrin verilməsinin vacibliyi məsələsinə də toxunub: "Ermənistan Qarabağda minaladığı ərazilərin xəritəsini verməlidir ki, bu insanlar geriyə, doğma torpaqlarına qayıda bilsinlər".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
