Nida Xəbər
Qarabağa qayıdışla bağlı böyük təşkilati işlərə ehtiyac var - RƏY
"Qarabağa qayıdışın təminatı, azərbaycanlıların öz ata-baba torpaqlarına qayıtması üçün böyük təşkilati işlərə ehtiyac var. Dağlıq Qarabağın Azərbaycanlı İcması anlayışına bu baxımdan indiki məqamda ehtiyac qalmır. Azərbaycan da dəfələrlə bəyan edib ki, etnik mənsubiyyətindən asılı olmayaraq, bu bölgədə hər bir Azərbaycan vətəndaşı yaşaya bilər".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə deyib.

ADİP sədri "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin buraxılmasından danışarkən söyləyib ki, böyük qayıdışla bağlı təşkilati işlər artıq yeni mərhələdədir və bununla əlaqədar proses başlayıb:
" "Böyük qayıdış" layihəsini təmin etmək üçün düşünürəm ki, müəyyən dövlət qurumunun fəaliyyətinə də ehtiyac olacaq. Bölgəyə hansısa status verilməsi məsələsi də bundan sonra tarixdə qalıb. Azərbaycanın müzəffər Silahlı Qüvvələri problemin həllində BMT-nin, ATƏT-in edə bilmədiyi işlərin hamısını həyata keçirdi. Artıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb. Bu gün Azərbaycanın qarşısında duran əsas məsələ Qarabağa - işğaldan azad olunmuş ərazilərimizə böyük qayıdış planını həyata keçirməkdir. Bu, çox şərəfli bir missiyadır. Bu istiqamətdə Qarabağda infrastrukturun bərpası, yenidənqurma və inşaat işləri, müasir şəhərsalma və kəndlərin bərpası ilə bağlı bizi böyük işlər gözləyir".
Tural Turan
-
İdman20:48Gənc futbolçulara yatırım həm kubok, həm də milyonlar qazandırdı - Araşdırma
-
Dünya19:40Tehran Avropadakı ABŞ bazalarını vurmağa hazırlaşır... - NATO-dan reaksiya
-
İKT19:30Bunu etsəniz, məlumatlarınız kiberdələduzların əlinə keçəcək - Gizli təhlükə
-
Sosial18:10Bakıda “İbrahim Tatlışiş”də kabab at ətindən bişirilirmiş - Foto
-
Region17:06Rusiya-Gürcüstan sərhədində sıxlıq: 20 min nəfər növbə gözləyir
-
Sosial14:40"Telegram" bir gündə 100 mindən çox kanal və qrupu blokladı
-
Region13:17İranla ən çox ticarət edən 20 ölkə: Azərbaycan görün neçəncidir - SİYAHI
-
Rəsmi xronika12:57Prezident balaca Gülərin arzusunu belə reallaşdırdı - VİDEO






.jpg)









.jpg)





















