Nida Xəbər
Bu birliyin ləğvi düzgün addımdır - Azər Badamov
“Artıq nə Dağlıq Qarabağ, nə də Dağlıq Qarabağda yaşayan Azərbaycanlı İcması var. Bu gün Azərbaycanın harasında yaşamasından asılı olmayaraq hamı azərbaycanlıdır. O cümlədən, ölkəmizin vətəndaşlığını qəbul edərək Xankəndidə və digər yerlərdə yaşayan ermənilər də Azərbaycan vətəndaşlığını alaraq bizim qanunlarımızın altında yaşamağa qərar verəndə azərbaycanlı olacaqlar”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. Deputatın fikrincə, ona görə də “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin ləğvi düzgün addımdır:
“Mövcud olmayan bir ərazinin icması da ola bilməz. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz böyük qələbəmizin yaratdığı yeni reallıqlarından biri də Dağlıq Qarabağın status məsələsinin gündəmdən çıxarılmasıdır. Bu gün Dağlıq Qarabağ adlanan inzibati ərazi vahidi yoxdur. Azərbaycanın digər şəhər və rayonları kimi Xankəndi, Xocalı, Xocavənd kimi şəhər və rayonlarımız var”.
Azər Badamov əlavə edib ki, həmin ərazilər hələ nəzarətimizə keçmədiyindən Rusiya sülhməramlılarının nəzarəti altında ermənilər öz qanunları ilə yaşamaqda davam etməkdədirlər:
“Hesab edirəm ki, zaman keçdikcə həmin məsələ də öz həllini tapacaq. Bu gün Azərbaycanda yaşayan erməni icması ifadəsinin işlədilməsini daha düzgün hesab edirəm”.
Tural Turan
-
İdman21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin220:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin219:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm
-
Hadisə16:12DİN əməliyyatlar keçirdi, saxlanılanlar arasında İran vətəndaşı da var
-
Avropa15:35Fransada dəhşət: Yeniyetmələr məktəbi yandırdılar










.jpg)

























.jpg)