Nida Xəbər
Bu birliyin buraxılması hazırkı reallığa uyğundur - Deputat
“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin buraxılması zərurətdən irəli gələn bir məsələdir.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. Millət vəkili bildirib ki, ötən il sentyabr ayının 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan parlaq qələbə qazandı:
“10 noyabr 2020-ci il tarixində Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi. Bu, üçtərəfli bəyanat idi və Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçılarının imzası ilə təsdiqləndi. Bəyanata uyğun olaraq artıq Dağlıq Qarabağ kimi ayrıca ərazi vahidi yoxdur. Eyni zamanda, artıq Dağlıq Qarabağın statusu məsələsi də müzakirə mövzusu deyil”.
Cavid Osmanovun fikrincə, bu baxımdan Dağlıq Qarabağın azərbaycanlı və erməni icması məsələsi də gündəmdən silinmiş oldu:
“Ona görə də adıçəkilən ictimai birliyin buraxılması çox yerində və vaxtında atılmış bir addımdır. Əlbəttə, artıq bu ərazilər müzəffər Ali Baş Komandanımız İlham Əliyevin düzgün qurduğu strategiya nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olundu. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Belə olan halda burada hər hansı icmadan söhbət gedə bilməz. “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin buraxılması bugünkü reallığa uyğundur”.
Tural Turan
-
Magazin220:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin219:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm
-
Hadisə16:12DİN əməliyyatlar keçirdi, saxlanılanlar arasında İran vətəndaşı da var
-
Avropa15:35Fransada dəhşət: Yeniyetmələr məktəbi yandırdılar
-
MDB14:30Rusiya: 1 günə 70 bina ələ keçirmişik










.jpg)






.jpg)


















.jpg)