Nida Xəbər
Hərbi liseyin 50 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər davam edir - FOTO/VİDEO
“Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2021-ci il 14 aprel tarixli Sərəncamının icrası ilə əlaqədar Müdafiə Nazirliyinin tədbirlər planına uyğun olaraq Hərbi Liseydə növbəti tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, tədbirdə Hərbi Liseyin şəxsi heyəti, Müdafiə Nazirliyinin nümayəndələri, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti və liseyi əvvəlki illərdə bitirən məzunlar iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
C.Naxçıvanski adına Hərbi Liseyin rəisi general-mayor Bəkir Orucov və digər çıxış edənlər liseyin ötən müddət ərzində respublikamızda milli peşəkar hərbçi kadrların hazırlanması sahəsində müstəsna xidmətlər göstərməsindən, cəmiyyətdə hərbi peşənin nüfuzunun yüksəlməsində və taleyini hərb sənətinə həsr edən gənclərin sayının davamlı artmasında əhəmiyyətli rol oynamasından danışıblar.
Qeyd olunub ki, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə həmişə ön cəbhədə yer alan liseyin məzunları böyük rəşadət nümayiş etdirərək “Vətən Müharibəsi Qəhrəmanı” və “Azərbaycanın Milli Qəhrəmanı” adlarına layiq görülüb, orden və medallarla təltif olunublar.
Sonda Xalq artisti Azərinin hərbi vətənpərvərlik mövzusunda ifa etdiyi mahnılar tamaşaçılar tərəfindən maraqla dinlənilib.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu









.jpg)

.jpg)

















.jpg)







.jpg)


