Nida Xəbər
BMT Baş Assambleyasının prezidenti “erməni soyqırımı” iddialarına CAVAB VERDİ
“Bir hadisəni soyqırımı adlandırmaq üçün səlahiyyətli beynəlxalq məhkəmənin qərarı olmalıdır”.
Bunu BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır qondarma “erməni soyqırımı” iddialarına cavab olaraq bildirib.
BMT-nin 1948-ci ildə qəbul etdiyi “Soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında konvensiya”da soyqırımın bir cinayət kimi tanındığını xatırladan V.Bozkır qeyd edib ki, bu cinayət səlahiyyətli beynəlxalq məhkəmə orqanı tərəfindən təyin edilməli, yeni bir hadisəni soyqırım olaraq qəbul etmək üçün məhkəmə qərarı olmalıdır: “BMT-nin soyqırımın nə olması ilə bağlı mövqeyi də adıçəkilən konvensiya ilə uyğunluq təşkil edir və qurum rəsmiləri tərəfindən də dəfələrlə təkrarlanıb”.
Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden aprelin 24-də verdiyi açıqlamada 1915-ci il hadisələrini “soyqırımı” adlandırıb. (report)
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
































.jpg)
.jpg)

