Nida Xəbər
Niyə Baş Qərargah rəisi təyin olunmur? - DEPUTAT
Bunun çoxlu səbəblər ola bilər. Məncə, ilk növbədə başqalarından ciddi şəkildə fərqlənən və mübahisəsiz qəbul oluna biləcək parlaq fiqurun olmamasıdır.
Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahına yeni rəhbər təyinatının gecikmə səbəbi barədə Moderator.az-ın sualını cavablandırarkən deyib.
Millət vəkili qeyd edib ki, ikinci səbəb Prezidentin həmin posta iddialı generalların və bölgədə marağı olan güclərin özlərini necə apadığını müşahidə etmək istəyi ola bilər:
“O da ola bilər ki, Orduda aparılacaq islahatların tərkib hissəsi kimi həmin posta təyinat olacaq. Mənim fikrimcə isə bu işi çox da yubatmaq olmaz. Çünki bəzi iddialı şəxslərin əsəbləri davam gətirməyə və orduda kompromat müharibəsi başalaya bilər ki, bu da Silahlı Qüvvələrimizin imicinə bərpa olunması çətin olan ciddi ziyan vura bilər.
Orduda islahatlara gəlincə isə, Q.Həsənquliyev bildirib ki, ilk növbədə qanunvericiliyə ciddi dəyişikliklər etməklə Orduya mülki nəzarət gücləndirilməlidir:
“Müdafiə naziri mülki şəxs olmalı və müqavilə əsasında peşəkar ordu qurulmalıdır. Orduya özünün və dövlətimizin ləyaqətini qorumağı bacaran, bunun üçün hər an ölməyə və öldürməyə hazır olan, döyüş üçün doğulmuş gənclərimiz cəlb olunmalı, dövlət onların layiqli həyatını təmin etməlidir”.
Qeyd edək ki, Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov 44 günlük müharibənin gedişində vəzifəsindən azad edilmişdi.
-
Hadisə18:40Şəkidə kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…

































.jpg)
.jpg)

