Nida Xəbər
Azərbaycan və ATƏT-in 10 ölkəsindən birgə BƏYANAT
Azərbaycan və ATƏT-ə üzv 10 dövlət nasistlərin qəhrəmanlaşdırılmasının qarşısını almağa çağırıblar.
Publika.az "TASS"a istinadla xəbər verir k, bu barədə Azərbaycan, Ermənistan, Belarus, Bosniya və Herseqovina, Qazaxıstan, Qırğızıstan, Rusiya, Serbiya, Tacikistan, Türkmənistan və Özbəkistaın ATƏT-dəki daimi nümayəndələrinin İkinci Dünya Müharibəsində Qələbənin 76 illiyi münasibətilə birgə bəyanatında deyilir.
Bəyanatda bildirilir: "Nasizm və faşizmlə mübarizədə ölənlərin şərəfinə hərbi qəbiristanlıqlara, xatirə komplekslərinə, abidələrə və obelisklərə qayğı ilə yanaşmağa çağırırıq. Bu cür xatirə obyektlərinə qarşı vandalizmin bəhanəsi yoxdur. Xalqlarımızın yaddaşında və arxiv sənədlərində saxlanılan həmin hadisələr haqqında tarixi həqiqəti qorumaq və qətiyyətlə müdafiə etmək müqəddəs borcumuzdur. II Dünya Müharibəsi tarixinin, onun səbəblərinin və nəticələrinin saxtalaşdırılması nasizmə qarşı mübarizə aparanların və qurbanlarının xatirəsini təhqir edir və müasir beynəlxalq münasibətlərin təməllərinin manipulyasiyasına və sarsılmasına kömək edir".
11 ölkənin nümayəndələri nasist hərəkatının, neonasizmin və "Vaffen SS" təşkilatının üzvlərinin qəhrəmanlaşdırılmasının, o cümlədən nasist keçmişini şöhrətləndirmək üçün abidələrin və memorialların ucaldılması, kütləvi nümayişlərin keçirilməsinin, anti-Hitler koalisiyasına qarşı mübarizə aparanların milli azadlıq hərəkatlarının iştirakçısı elan edilməsinin, habelə onların qəhrəmanlaşdırılması məqsədilə küçələrin adlarının dəyişdirilməsinin qəbuledilməz olduğunu vurğulayıblar:
"Azad, demokratik, ortaq və bölünməz Avrasiya və Avroatlantik təhlükəsizlik cəmiyyəti ideyasına sadiq olduğumuzu təsdiqləyirik. Beynəlxalq təhlükəsizlik və etimad sistemini gücləndirmək məqsədilə bərabərlik və qarşılıqlı hörmətə əsaslanan hərtərəfli dialoqun tərəfdarıyıq".
-
Sosial04:14Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ: Yeni növ peyda oldu, qiyməti... - VİDEO
-
Hadisə01:41Şəkidə canavar kəndə hücum etdi - Xəsarət alanlar var
-
Yaxın Şərq01:11Bu ölkədə 30 ildən sonra ilk dəfə QAR YAĞDI - VİDEO
-
Sosial00:15Xocavənddə vəzifəli şəxs qəzada öldü
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ünsiyyətinizi diqqətlə qurun
-
Magazin220 Dekabr 23:24Yeni ev alıb ona ərə gedəcəyini ELAN ETDİ - FOTO
-
Magazin120 Dekabr 23:00Şəbnəm Tovuzlu elə rəqs etdi ki... - VİDEO
-
Sosial20 Dekabr 22:48Köhnə və yeni dövrün qarşılaşdığı yer: Bakının unikal qəsəbəsindən REPORTAJ












.jpg)











