Nida Xəbər
“İMZA” kollektivi Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO
“İMZA” - İlhamla Mehribanla Zirvələrə Azərbaycan Sosial İnkişafa Dəstək İctimai Birliyinin Beynəlxalq və İctimaiyyətlə Əlaqələr departamentinin direktoru Elnar Məmmədlinin verdiyi məlumata görə, Birliyin rəhbər heyəti, kollektiv üvləri və könüllüləri ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Fəxri Xiyabanda ümummili liderimizin məzarını ziyarət ediblər.
Publika.az xəbər verir ki, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycançılıq məfkurəsini, vətənə və millətə xidmət ideallarını özü üçün əsas ideoloji xətt olaraq müəyyənləşdirmiş “İMZA”çıların adından böyük siyasətçinin məzarı önünə əklil və gül-çiçək dəstələri qoyulub.
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb.
İctimai Birliyin sədri Xəyyam Əsgərov və kollektiv üzvləri, o cümlədən də İMZA könüllüləri ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət edib, onun nurlu xatirəsini yad ediblər.
Daha sonra görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları ziyarət olunub.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
