Nida Xəbər
Günnüt əməliyyatının ildönümü qeyd edildi - VİDEO
Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində Günnüt əməliyyatının üçüncü ildönümü münasibətilə tədbir keçirilib.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.
Əlahiddə Ümumqoşun Ordunun zabiti Fariz Sərxanov və Naxçıvan Qarnizonu tam orta məktəbinin direktoru Natiq Əhmədov çıxışlarında ordumuzun qüdrətindən və Günnüt əməliyyatının əhəmiyyətindən danışıblar. Bildirilib ki, 2016-cı il Aprel döyüşləri Azərbaycan Ordusunun hərbi qüdrətini göstərdisə, 2018-ci il Günnüt əməliyyatı zamanı qazanılan stareji yüksəklik və ərazilər Azərbaycan Ordusunun nə qədər böyük manevr qabiliyyətinə malik olduğunu təsdiq etdi. Beləliklə döyüş meydanında təcürbə qazanan ordumuz Vətən müharibəsində düşməni məğlub edərək torpaqlarımızı işğaldan tam azad etdi.
Uğurlu Günnüt əməliyyatının igid hərbi qulluqçularının da iştirak etdiyi tədbirdə ordumuzun qüdrətindən bəhs edən videoçarxlar nümayiş olunub, əsgər və şagirdlər vətənpərvərlik ruhunda şeirləri bədii qiraət ediblər.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
